Məhkəmə qərarları › İş №3(044)-242/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-242/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-242/2020 14.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Maarif Arif oğlunun katibliyi ilə Şikayətçi X3, Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, sahibkar olduöu üçün karantin dövründə xx.xx.2020-ci il tarixdən Gəncə şəhəri üzrə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək isə ölkə üzrə çıxmağa icazə olmuş, xx.xx.2020-ci il tarixdə o, öz şəxsi avtomobili ilə Gəncə şəhəri köhnə avtovağzal adlanan ərazidə hərəkətdə olarkən “Neon” fabrikasının arxasında olan postda Gəncə şəhəri DYPŞ-nin yol patrul xidmətinin inspektoru, polis serjantı X5 onu saxlayaraq çıxmaq üçün icazəsinin olub-olmamasını soruşmuşdur. X7 ona icazəsinin olduğunu bildirmiş, lakin həmin vaxt telefonu my.gov.az saytını dəstəkləmədiyi üçün telefonunda yol polisi əməkdaşına icazəsinin olmasını göstərə bilməmiş, bundan sonra polis əməkdaşı Vüsal Qəribov portala daxil olub yoxlamış və bildirmişdir ki, onun portalda icazəsi yoxdur. Sonra barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmişdir. Təxminən bir neçə dəqiqə sonra onu növbəti postda, yəni Mərkəzi Univermağın yaxınlığında polis əməkdaşları yenidən onu saxlamış, portala daxil olub icazəsinin olduğunu görmüş və o yoluna davam etmişdir. Ona görə də, o barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edir, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 bildirdi ki, xx xxxxx 2020-ci ildə polis əməkdaşı Vüsal Qəribov onu saxladığı zaman o, öz telefonuna baxmış və icazəsinin olmadığını görmüşdür. Həmin vaxt polis əməkdaşı Vüsal Qəribov portala baxdığı zaman onun icazəsinin olmadığını görüb və onun barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Dövlət Yol Polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X5 bildirdi ki, X6 xx xxxxx 2020-ci il tarixdə karantin rejimi ilə əlaqədar olaraq saxlamış, X4 portalda icazəsini yoxlamış, lakin həmin vaxt X3 icazəsinin olmadığı üçün barəsində inzibati protokol tərtib etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, qərara əlavə edilmiş fotoşəkilləri nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş, X3 barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görəfiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2.-ci maddəsi ilə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx xxxxx 2020-ci il tarixdə Gəncə şəhər Dövlət Yol Polis şöbəsinin yol patrul xidmətinin inspektoru, polis serjantı X1 dövrü ilə əlaqədar olaraq X3 icazəsinin olmasını yoxlamış və yoxlanılarkən sonuncunun icazəsi portalda olmamış və bununla da X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X3 şikayətində inzibati tənbeh vermə haqqında elektron qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X3 təqsiri təsdiq olunur. Beləliklə də, X3 barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar