Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-242/2022 28.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X7 Şöbəsi YNH inspektoru, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 19.03.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, 12.03.2022-ci il tarixdə saat 17:00 radələrində nəqliyyat vasitəsinə etibarnaməsi olmadan “QAZ-31029” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X1 idarə etdiyi “KİA-CERATO” minik markalı **- XN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Azər İbrahimovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər X7 Şöbəsi YNH inspektoru, polis baş leytenantı X4 bildirdi ki, Şəxs oğlu 12.03.2022-ci il tarixdə saat 17:00 radələrində nəqliyyat vasitəsinə etibarnaməsi olmadan “QAZ-31029” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, zərərçəkmiş şəxs X1 idarə etdiyi “KİA-CERATO” minik markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, Azər İbrahimovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş, müvafiq sənədləşmə aparılmış, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahat verərək göstərdi ki, 12.03.2022-ci il tarixdə saat təxminən 17:00 radələrində idarə etdiyi “KİA-CERATO” minik markalı **-XN-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə H.Əliyev prospekti ilə hərəkətdə olub Nizami prospekti ilə kəsişmədə işıqforun qadağanedici işığında dayanıb işığın yaşıl yanmasını gözləyərkən, arxasında eyni istiqamətdə hərəkətdə olan “QAZ- 31029” minik markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü ara məsafəsini düzgün seçmədiyi üçün avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində bədən xəsarəti almamış, avtomobilinə maddi ziyan dəymişdir. Şəxs tərəfindən onun avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirdi ki, onun sürücülük hüququ yoxdur. “QAZ-31029” minik markalı **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 12.03.2022-ci il tarixdə saat təxminən 17:00 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi “QAZ-31029” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə H.Əliyev prospektində hərəkətdə olarkən qarşısında işıqforun qadağanedici işarəsində dayanmış vəziyyətdə olan “KİA-CERATO” minik markalı **-XN-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə ara məsafəsini düzgün seçmədiyi üçün toqquşmuş, Azər İbrahimovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə DYP əməkdaşları gəlmiş, hadisənin sxemini tərtib etmişdir. Hadisə nəticəsində bədən xəsarəti almamışdır. Əməlindən səmimi peşmandır. Məhkəmədən yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol düzgün tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 13 mart 2022-ci il rəydən görünür ki, “KİA-CERATO” minik markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2071 (iki min yetmiş bir) manat məbləğində maddi ziyan hesablanmışdır. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs, 12.03.2022-ci il tarixdə saat 17:00 radələrində sürücülük hüququ olmadan “QAZ-31029” minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X1 idarə etdiyi “KİA-CERATO” minik markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq toqquşmuş, Azər İbrahimovun avtomobilinə maddi ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində müəyyən edilmiş məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati cərimə növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmədə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1-ci maddəsinə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid deyil. Buna görə də inzibati xəta haqqında protokol həmin hissədə müvafiq tədbirlər görülməsi üçün daxili işlər orqanına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi üzrə müvafiq tədbirlər görülməsi üçün inzibati xəta haqqında protokol daxili işlər orqanına qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-242/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-242/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver