Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-243/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsinin nümayəndəsi X1 və barəsində inzibati protokol tərtib olunan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-nin) 552-ci maddəsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsinin əməkdaşları xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri Yeni Gəncə qəsəbə ərazisində xidməti vəzifələrini yerinə yetirdikləri zaman “VAZ” 21014 markalı, M-198-TP-71 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədi- “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bununla da, Şəxs tərəfindən İXM-nin 552-ci maddəsinin tələbləri pozulduğundan onun barəsində xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsinin nümayəndəsi X2 izahat verərək göstərdi ki, Şəxs idarə etdiyi “VAZ” 21014 markalı, M-198-TP-71 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanının tətbiq edilməsi” Qaydalarının tələblərinə əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “1 saylı X4” MMC-yə müraciət edərək “Fərqlənmə nişanı” almalı olduğu halda, heç bir müraciət etməmiş və avtonəqliyyat vasitəsinə “Fərqlənmə nişanı” almamaqla vergidən yayınmışdır. Qeyd edilənləri əsas gətirib Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə iş materialarını araşdırıb müəyyən edir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsindən Şəxs xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol barədə məlumat verilməsi və həmin məlumatı təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən qanunvericiliyin tələbi pozularaq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsi tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol məhkəməyə göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və İXM-in 109.1.6, 125, 127-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsi tərəfindən məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-243/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-243/2021
24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver