Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-255/2021 15.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X5 oğlunun katibliyi şikayətçi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 iştirakı ilə, Gəncə şəhər Nizami RPİ-nin Nizami polis bölmsinin sahə rəisi, polis mayoru X2 xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında X3 barəsində qəbul edilmiş qərardan Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xx.xx.2021-ci il tarixdə karantin rejimi qaydasını pozduğu üçün Gəncə şəhər Nizami RPB-nin sahə rəisi X4 tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin inzibati xətaya görə o, 100 manat cərimə edilmişdir. X1 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək onun oğlunun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati protokol əsasında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, onun orta məktəbin 10-cu sinfində təhsil alan oğlu X3 haqqında xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən oğluna 100 manat cərimə cəzası tətbiq edilmişdir. O, oğlunun barəsində tərtib edilmiş protokolla və tətbiq edilmiş cərimə cəzası ilə razı deyildir. Ona görə ki, oğlu məktəblidir, o, səhv etmiş, maska taxmağı unutmuşdur. Lakin ona xəbərdarlıq da edilə bilərdi. Ona görə ki o, çoxuşaqlı ana olmaqla 4 uşaq anasıdır. Aztəminatlı ailədir, uşaqlarını təkbaşına saxlayır. Ailənin yeganə gəliri ünvanlı dövlət sosial yardımıdır. Buna görə də o, şikayətin təmin edilməsini və həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 şikayətin təmin olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri Nizami rayon Polis Bölməsinin sahə rəisi X4 isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan: - xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə X3 tibbi maskadan istifadə etmədiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. - Gəncə şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sabir Həşimova Azərbaycan Respublikası İXM-nin 211.2 maddəsi ilə inzibati tənbeh tədbiri barədə № ******* saylı inzibati protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunması barədə məlumat verilmişdir. Məhkəmə tərəfləri dinləyib dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Çünki şikayətçi oğlu Sabirin tibbi maskanı taxmağı unutduğunu özü qeyd etmiş, sadəcə maddi imkanı olmadığı, çox uşaqlı ana olaraq uşaqlarını təkbaşına böyütdüyü üçün qərarın ləğv edilməsini xahiş etmişdir. Lakin şəxsin maddi imkanın aşağı olması onun barəsində inzibati qərarın ləğv edilməsi və inzibati məsuliyyətdən azad olunması üçün əsas deyildir. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 451 nömrəli Qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin dispozisiyasına əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması inzibati xəta hesab olunur. Qeyd olunan normadan göründüyü kimi X3 tibbi maskadan istifadə etməyərək Nazirlər Kabinetinin müəyyən etdiyi tələbləri pozmuş, buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi Qanuni nümayəndə şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun oğlu X1 barəsində olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayətçi Qanuni nümayəndə şikayəti təmin edilməsin. X3 barəsində olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-255/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-255/2021
15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver