Məhkəmə qərarları › İş №3(044)-256/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-256/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-256/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X5 oğlunun katibliyi şikayətçi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş X3 iştirakı ilə, X1 xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati elektron qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onu barəsində olan xx.xx.2021ci il tarixli, TP ******* saylı inzibati elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizəni müdafiə edərək bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 10:50 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində Mercedes E220CDİ minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin YPX inspektoru onu saxladaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına baxmayaraq nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddə ilə protokol tərtib etmiş və həmin qərar əsasında Gəncə şəhər DYPŞ-nin rəisi Eldəniz Həsənov onu inzibati qərara əsasən 200 manat məbləğdə cərimə etmişdir. Halbuki Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 3(044)- 342/2011 saylı qərarına əsasən onun sürücülük hüququnun məhdudlaşdırılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 3(104)2011 nömrəli qərarının icrasına xitam verilməsi qərara alınmışdır. Lakin buna baxmayaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona 200 manat məbləğində cərimə yazılmışdır. O, 2011-ci ildən bu günə kimi onu dəfələrlə müxtəlif xətalara görə cərimə etmişlər, lakin ona sürücülük hüququnun məhdudlaşdırılmasını bildirməmişlər, hətta o, ölkə sərhəddini keçərək xarici ölkələrə də səfər etmişdir. Həmçinin onu polis əməkdaşı saxlayarkən təhlükəsizlik kəməri bağlı vəziyyətdə olmuş və ona təhlükəsizlik kəmərini bağlanmamasına görə saxlanıldığını bildirməmişlər. Sonda şikayətçi göstərilənləri nəzərə alaraq elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izibati protokolu tərtib etmiş Rauf Quliyev bildirdi ki, xx.xx.2021ci il tarixdə o, Rabil Məmmədquliyevi təhlükəsizlik kəmərini bağlamadığı üçün saxlayıb sənədlərini yoxlayarkən sonuncunun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən olunmuş və buna görə də barəsində protokol tərtib edilmişdir. Rabil Məmmədquliyev onlara hər hansı məhkəmə qərarı təqdim etməmiş və onların sürücülük hüququnun məhdudlaşdırılmasına dair qərarın icrasına xitam verilməsindən məlumatları olmamışdır. Sonda şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi hakiminin xx xxxxxx 2021-ci il tarixli 3(044)-342/2011 saylı qərarından görünür ki, X1 3 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 3(104)-342/2011 nömrəli qərarın icrasına xitam verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə, saat 10:50-də X2 İXM-nin 329.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X2 İXM-nin 329.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki inzibati protokolu tərtib etmiş YPX inspektoru Rauf Quliyev şikayətçi Rabil Məmmədquliyevi təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxladığını bildirsə də, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. X6 tərəfindən Rabil Məmmədquliyev barəsində inzibati protokol tərtib olunarkən sonuncunun nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmamışdır. Belə ki, 2011-ci ildə işə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən qüvvədə olmuş İnzibati Xətalar Məcəlləsinin 447.1-ci maddəsinə əsasən inzibati cərimə istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən etibarən bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə əsasən inzibati cərimə istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Sadalanan normalara və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Rabil Məmmədquliyevin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 3(104)-342/2011 nömrəli qərarı qanuni qüvvəyə mindiyi gündən 1 il müddətində icra edilmədiyindən, daha icra edilə bilməz. Göründüyü kimi Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru Rauf Quliyev tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati protokol tərtib olunarkən Rabil Məmmədquliyevin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmadığından sonuncunun hərəkətlərində İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmamışdır. Həmçinin məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “təhlükəsizlik kəmərinin bağlanmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yol patrul xidməti inspektoru X1 təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.3-cü maddələr ilə başlanmış icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1 və 76.2 -ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraa aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. İnzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.3-cü maddələri göstərilmişdir. Həmin Məcəllənin 329.1-ci maddəsinin tövsifedici əlaməti təhlükəsizlik kəmərini bağlamadan, 332.3-cü maddəsinin tövfisedici əlaməti isə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsindən ibarətdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan X1 təhlükəsizlik kəmərini bağlamadan, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış vəziyyətdə avtomobili idarə etməsi müəyyən olunmamışdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi X1 hərəkətlərində inzibati xəta tərkibi olmadığından, inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar