Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-257/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.3-cü və Azərbaycan Respublikası İXM-nin 339.1-1ci maddəsi ilə tərtib edilmiş 24 yanvar 2021-ci il tarixli EQ ******* və EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi qərarından X3 vermiş olduğu şikayətə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2021-ci il tarixli EQ ******* və EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan məhkəməyə şikayət verərək, inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, həmin inzibati cərimələr onun işdən çıxarıldığı vaxta təsadüf edir. Bu da onun heç bir inzibati xəta törətmədiyini sübut edir. Bu səbəbdən də ona tətbiq edilmiş cərimə cəzasının silinməsini, yaxud avtomobilin sahibi X6 yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala şikayət vermiş şəxsin və nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri və onun əsasında qəbul edilmiş qərarı nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2021ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X7 icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən - “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2021ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X7 nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən - nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuş, idarə etdiyi avtomobillə yol nişanının tələblərini pozmuşdur. Bununla da, məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2021-ci il tarixli EQ ******* və EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarların qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2021-ci il tarixli EQ ******* və EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 24 yanvar 2021ci il tarixli EQ ******* və EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən tərtib edilmiş 24 yanvar 2021-ci il tarixli EQ ******* və EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-257/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-257/2021
29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver