Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-26/2022 13.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri 10 saylı RETSİ-nin məsləhətçisi-müfəttişi X9 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. MN ******* saylı, 07.12.2021-ci il tarixli inzibati xəta haqqında protokol göstərmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində və Səbuhi Əliyev küçəsində Ekoloji Ekspertiza rəyi, qərar və yaşıllığın götürülməsi vərəqi olmadan iyirmi bir ədəd qurumuş ağacın yeni ağaclarla əvəzlənməsi faktı 07.12.2021-ci il tarixli, 72253 saylı akt və yerində çəkilmiş fotoşəkillərlə müəyyən olunmuşdur. Bu əmələ görə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 253-1.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Gəncə şəhəri 10 saylı RETSİ-nin nümayəndəsi X12 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 dekabr 2021-ci il tarixli 158 saylı Sərəncamına əsasən idarə əməkdaşları tərəfindən Gəncə şəhər X21 prospekti boyu qurumuş ağacların götürülməsi və yeniləri ilə əvəz olunması ilə bağlı X11 Agentliyinin 2021-ci il 14 oktyabr tarixli 22/2969 saylı Ekoloji Rəyinin tələblərinə riayət olunması ilə bağlı icra vəziyyəti Gəncə şəhər Mənzil Kommunal Təsərrüfət X1 şöbəsinin rəis müavini X7 iştirakı ilə yerində araşdırılmışdır.Aparılan araşdırma zamanı ümumilikdə 88 ədəd müxtəlif diametrli cinsli ağacların götürüldüyü müəyyən edilmişdir. X11 Agentliyinin 14 oktyabr 2021-ci il tarixli 22/2969 saylı Ekoloji Rəydə isə ümumilikdə 69 ədəd qurumuş ağacların götürülməsi və yeniləri ilə əvəz olunması tələbləri qoyulmuş, nəticədə Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsi tərəfindən 21 ədəd qurudulmuş ağac müvafiq icazədən artıq götürülərək Rəyin tələblərini pozulmuşdur. Törədilmiş qanun pozuntusu nəticəsində Azərbaycan Respubliası Yaşıllıqların Mühafizəsi haqqında qanunun, 30 avqaust 2016-cı tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş yaşıllıqların götürülməsi qaydasının tələbləri pozulmuşdur. Bununla bağlı idarə tərəfindən 07.12.2021-ci il tarixli 72253 saylı Akt və Gəncə şəhər MKTİB barəsində hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi rəhbər tutularaq 07.12.2021-ci il tarixli MN:1200644 saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X4 ərizə verərək bildirmişdir ki, Ş.İ.Xətai prospektində qurumuş ağacların kəsilməsi haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza idarəsinin 22/2969 saylı rəyinə əsasən 69 ədəd qurumuş ağac onların tərəfindən götürülmüşdür. Qalan 19 ədəd qurumuş ağac isə əvvəlcədən, hardasa 2-3 il əvvəl başqa şəxslər tərəfindən kəsilmiş, onlar tərəfindən 1 il əvvəl 69 ədəd ağac kəsilmişdir. Bu barədə AR KTN Bitki Mühafizə və X18-Tədqiqat İnstitutundan mütəxəssislər cəlb edilməklə baxış keçirilmiş və akt təsdiq olunmuşdur. X2 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 07 dekabr 2021-ci il tarixli 72253 saylı aktdan görünür ki, X21 prospekti, X22 asvtomobil yolunun kənarında X11 Agentliyinin 14 oktyabr 2021-ci il tarixli, 22/2969 saylı rəyinin icra vəziyyətinin araşdırılması ilə bağlı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısının 2021-ci il 17 noyabr tarixli, 82 nömrəli sərəncamının yaşıllığın götürülmə vərəqinin olduğu müəyyən edilmiş, Gəncə şəhəri Ş.İ.Xətai prospekti boyunca yolun sağ və sol kənarında yeddi ədəd 8 sm diametrli, beş əddəd 12 sm diametrli, səkkizədəd 14 sm diametrli, dörd ədəd 16 sm diametrli ümumilikdə 24 ədəd Leylandr cinsli, Səbuhi Əliyev küçəsində iki ədəd 6 sm diametrli, bir ədəd 8 sm diametrli, altı ədəd 10 sm diametrli şam cinsli, bir ədəd 52 sm diametrli şəqr çinarı ümumilikdə on ədəd, çörək zavodunun qarşısındakı yaşıllıq sahəsində bir ədəd 26 sm diametrli, üç ədəd 32 sm diametrli, cəmi dörd ədəd sərv cinsli, X22 avtomobil yolunun sağ tərəfində (Azpetrol yanacaq doldurma məntəqəsinin yanından başlayaraq) beş ədəd 6 sm diametrli, on yeddi ədəd 8 sm diametrli, yeddi ədəd 10 sm diametrli, beş ədəd 12 sm diametrli, on bir ədəd 16 sm diametrli Leylandr cinsli, bir ədəd 24 sm diametrli şam cinsli cəmi qırx altı ədəd yolun sol tərəfində bir ədəd 8 sm diametrli Leylandr cinsli, iki ədəd 12 sm diametrli, bir ədəd 16 sm diametrli şam cinsli cəmi dörd ədəd quru kök-üstə ağacın kök boğazından kəsildiyi məlum olmuş, ümumilikdə səksən səkkiz ədəd qurumuş ağacın götürüldüyü müəyyən edilmişdir.Bundan əlavə Büllur zavodunun ərazisində iki ədəd şərq çinarı cinsli qurmuş ağacların yerində olduğu müəyyən edilmiş, beləliklə 14 oktyabr 2021-ci il tarixli 22/2969 nömrəli rəydə altmış doqquz ədəd qurumuş ağacların götürülərək yeniləri ilə əvəzlənməsi məqsədəmüvafiq hesab edilsə də əlavə olaraq iyirmi bir ədəd qurudulmuş ağac götürülərək yeni ağaclarla əvəz edilmişdir. Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsi tərəfindən təqdim edilmiş 21 ədəd qurumuş ağacın götürülməsinə səbəb Gəncə şəhər və ölkə başçısının gəlişi ilə əlaqədar olaraq təxirə salınmaz tədbirlər çərçivəsində vaxt məhdudluğunun olması göstərilmişdir. Bununla da Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Azərbaycan Resspublikasının Yaşıllıqların mühafizəsi haqqında qanunun tələbləri pozularaq inzibati xəta törədilmişdir. Akt 2 nüsxədən ibarət tərtib olunmuş, akta X11 Agentliyinin 14.10.2021-ci il tarixli 22/2969 saylı rəyinin surəti, Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin 07.12.2021-ci il tarixli, 588 saylı arayışının surəti və faktla bağlı yerində çəkilmiş fotoşəkillər əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Agentliyi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xəbərdarlıq məktubu göndərək bildirmişdir ki, Gəncə şəhəri ərazisində müxtəlif ünvanlarda (Ş.İ.Xətai prospekti, Nizami prospekti və s) qurumuş ağacların götürülməsinə rəy verilməsinə dair 10 saylı RETSİ-yə daxil olan 2021-ci il 1 iyun tarixli, 11 73 nömrəli müraciətlə əlaqədar həmin idarənin əməkdaşları tərəfindən yerində baxış keçirilmiş, 4 okyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. Baxış aktında Gəncə şəhəri ərazisində hava limanına gedən avtomobil yolunun kənarında 27 ədəd şam, 30 ədəd leylandr,Billur zavodu ərazisində yolun kənarında 2 ədəd Şərq çinarı, Ş.İ.Xətai prospektində avtomobil yolunun kənarında 4 ədəd Eldar şamı cinsli, Çıraq kooperativ qarşısında isə yolun kənarında 6 ədəd Sərv cinsli ağaclara kənar müdaxilə olmadan təbii amillər nəticəsində tam quru vəziyyətdə olduqları qeyd edilmişdir. Sözügedən 69 ədəd ağac Gəncə şəhəri Hava limanına gedən avtomobil yolunun kənarında 27 ədəd şam (d=8- 12 sm; h=5m), 30 ədəd leylandr (d=6-10 sm; h=4m), Billur zavodunun qarşısında, yolun kənarında 2 ədəd Şərq çinarı ( d=32sm; h=10m), Ş.İ.Xətai prospektində avtomobil yolunun kənarında 4 ədəd Eldar şamı (diametri 8 sm, h=7), Çıraq kooperativinin qarşısında isə yolun kənarında olan 6 ədəd Sərv ağacı (diametri 24 sm, h=8 metr) ağacı köküstə quru halda olduqları hər birinin yerində yeni tinglər əkilməsi şərtilə kökləri torpaqdan çıxarılaraq götürülməlidir.10 saylı RETSİ-nin 2021-ci il 5 oktyabr tarixli, 99/268/d nömrəli məktubu ilə daxil olmuş, 2021-ci il 4 oktyabr tarixli baxış aktı və ona əlavə edilmiş fotoşəkillər;Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş yaşıllıqların götürülməsi Qaydasının 2.2.4-cü yarmbəndi.Bu rəy yalnız Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti və ya Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən sözügedən 69 ədəd qurumuş ağacın götürülməsi barədə qərar qəbul edilməsi üçün əsasdır. Müvafiq qurum bu rəyi aldığı gündən 5 gün ərzində sözügüdən qurumuş ağaclar barədə qərar qəbul etməli, yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti məlumat üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli, müvafiq qərar və ona əlavə edilmiş yaşıllığın götürülməsi vərəqi tərtib edildikdən sonra 30 gün ərzində həmin ağacların götürülməsini və yaşıllığın bərpa edilməsi məqsədilə yerində və ətrafında yeni tinglərin əkilməsini təmin etməlidir, əks halda bu rəyin tələbləri pozulmuş hesab ediləcək və inzibati tədbirlər görüləcəkdir.Yaşıllığın götürülməsi vərəqi tərtib edildikdən sonra həmin ağacların götürülməsi zamanı 10 saylı RETSİ-nin nəzarəti (əvvəlcə verilmiş rəsmi məlumat əsasında) mütləq təmin edilməli, götürülən ağacların yerində və ətrafında mühitə uyğun cinslərdən yeni tinglər əkilməli, ağacların kök boğazı ətrafında minimum 1 metr diametrli açıq torpaq səthinə malik qida sahəsi yaradılmalı, əmələ gələn oduncağın təyinatı üzrə istifadəsi müvafiq torpaq mülkiyətçisi tərəfindən təmin edilməli, ağacların digər qalıqları bu növ tullantılar üçün nəzərdə tutulmuş yerlərə daşınmalıdır.Müvafiq torpaq mülkiyyətçisi ərazisindəki yaşıllıqlara aqrotexniki qulluq (budama, suvarma və s.xidmətlər) göstərilməsini təmin etməlidir və onların inkişafının dayanmasına səbəb ola biləcək hərəkətə (və ya hərəkətsizliyə) görə cavabdehdir. Gəncə şəhəri ərazisində yuxarıda qeyd olunan ünvanlarda 69 ədəd qurumuş ağacın götürülməsi ilə bağlı işlər mütləq yaşıllıqların qaydasına uyğun həyata keçirilməli və bu işlərin nəticəsi barədə rəsmi məlumat (təsdiqedici sənədlərlə) aidiyyatı üzrə 10 saylı RETSİ-yə təqdim edilməlidir. Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma şöbəsinin 07.12.2021-ci il tarixli № 588 saylı arayışından görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai pr.Nizami pr. Hava limanı yolu, digər prospektlər və küçələr əvvəlki illərdə əkilmiş təbii amillər nəticəsində qurumuş ağacların yenilənməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuş və müvafiq rəy alınmışdır.22/2969 saylı rəyin icrası zamanı 21 ədəd qurumuş ağac götürülərək yeniləri ilə əvəzlənmişdir. Gəncə şəhərinə ölkə başçısının gəlişi ilə əlaqədar olaraq təxirəsalınmaz tədbirlər çərçivəsində vaxt məhdudluğunu nəzərə alaraq müvafiq rəy, sərəncam və götürülmüş vərəqi nəzarət olunmadan qurumuş ağaclar götürükərək yenisi ilə əvəzlənmişdir. Tədbirin dövlət əhəmiyyətliliyini və vaxt məhdudiyyətini nəzərə alınmasını xahiş etmişdir. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X18-Tədqiqat İstitutunun 10 yanvar 2022-ci il tarixli aktında qeyd edilmişdir ki, Bitki Mühafizə və X18-Tədqiqat İstitunun direktor köməkçisi X13, Xəstəlik və zərərvericilərin proqnozu laboratoriyasının müdiri X14, Zəhər qalığının təyini və alaqlarla mübarizə laboratoriyasının müdiri X8, Pilot –istehsalat şöbəsinin müdiri X5, Yaşıllaşdırma şöbəsinin baş aqronomu X10 iştirakları Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 06 yanvar 2022-ci il 10-2№li məktubuna əsasən Gəncə şəhəri, Ş.İ.Xətai prospektinin sağ və sol tərəfindən-hava limanı yolunda 88 ədəd tam qurumuş və kəsilmiş ağaclara komissiyon qaydada baxış keçirilmişdir. Tam quruması nəticəsində kəsilən 88 ədəd ağacların 27 ədədi leandra, 37 ədədi Eldar şamı və 24 ədədi isə Sərv ağacları olmuşdur. Gəncə şəhəri, Ş.İ.Xətai prospektinin sağ və sol tərəfindən hava limanı yolunda kəsilərək götürülmüş quru ağacların 69 ədədinin 2021-ci ilin oktyabrnoyabr aylarında, 19 ədədinin isə 2-3 il bundan əvvəl kəsildiyi müəyyənləşdirilmişdir. Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X18-Tədqiqat İstitutunun əməkdaşları aktın düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə tərəfləri dinləyib, tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 253-1.2.2-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından görünür ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən yaşıllıqların götürülməsi qaydasının pozulması halı mövcüd deyil, çünki Azərbaycan Respubliaksı Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X18- Tədqiqat İstitutunun müvafiq aktı ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospektinin sağ və sol tərəfindən-hava limanı yolunda 88 ədəd tam qurumuş və kəsilmiş ağaclara komissiyon qaydada baxış keçirilərək müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektinin sağ və sol tərəfindən hava limanı yolunda kəsilərək götürülmüş quru ağacların 69 ədədinin 2021-ci ilin oktyabr-noyabr aylarında, 19 ədədinin isə 2-3 il bundan əvvəl kəsilmişdir. Bununla da, artıq kəsilmiş 19 ədəd ağacın ekspert rəyi ilə kəsilməli olan 69 ədəd ağacla eyni vaxtda və Gəncə şəhər MKTİB tərəfindən kəsilməsi təsdiq olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinə əsasən ekoloji rəyin tələblərinin pozulması, yəni yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Gəncə şəhər MKTİB-in əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq onun inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilən maddi və prosessual normaların tələblərinə əsaslanmaqla və işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin barəsində 07.12.2021-ci il tarixli, MN ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-26/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-26/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver