Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-262/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xəxtalar Məcəlləsinin (bundan sonra – İXM-in) 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 552-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsinin nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməmələri barədə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs “Vaz-21015” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami rayonu, “3 nömrəli xəstəxananın” qarşısında olarkən aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi əməkdaşlarına təqdim etməyərək İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin əməkdaşları X1, X5, X2 tərəfindən xx xxxxxx 2021-ci tarixdə tərtib edilmiş aktdan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs xx xxxxxx 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu “3 nömrəli xəstəxananın” qarşısında “Vaz-21015” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri “Fərqlənmə nişanı”nı təqdim etmədən nəqliyyat vasitəsini sürüb getmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “xxxx” MMC-nin baş mütəxəssis Səbuhi Cəfərli xx xxxxxx 2021-ci il tarixli 15/24 nömrəli məktubunda göstərilir ki, barəsində İXM-in 552-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, idarə etdiyi “Vaz-21015” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2006-cı il 09 fevral tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanının tətbiq edilməsi” Qaydalarının tələblərinə əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətiin “1 saylı X4” MMCnə müraciət edərək “Fərqlənmə nişanı” almalı olduğu halda heç bir müraciət etməmiş və avtonəqliyyat vasitəsinə “Fərqlənmə nişanı” almamaqla vergidən yayınmışdır. Qaydaların 1.3-cü maddəsinə əsasən “Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı üçün Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və il üçün ciddi hesabat bankı olan “Fərqlənmə nişanı” almalıdır. Beləliklə, Şəxs İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Belə olan balda məhkəmə hesab edir ki, Şəxs İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib cərimə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №3(044)-262/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-262/2021
24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver