Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-263/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 iştirakı ilə, X6 Gəncə şəhər Baş polis İdarəsinin DYPŞN-nin rəisi polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı qərardan şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət vermiş şəxs X3 şəhər Baş polis İdarəsinin DYPŞN-nin rəisi polis mayoru X4 xx.xx.2021-ci il tarixli, ******* saylı qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmişdır ki, o, xx.xx.2021-ci il tarixində 2 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün borclu tərəfindən ona ödənilməli olan aliment borcunun məbləğini dəqiqləşdirmək üçün Gəncə şəhər İcra İdarəsinin İcra məmuru tərəfindən icra idarəsinə çağrılmışdır. Həmin gün 1 nömrəli ictimai nəqliyyat vasitəsi olan avtobusla gedərkən yolda yol polisi X7 tərəfindən saxlanılaraq 200 manat cərimə olunmuşdur. Cərimə ilə bağlı qərar yanvarın 7-də çatdırılmışdır. Ona görə də Gəncə şəhər Baş polis İdarəsinin DYPŞN-nin rəisi polis mayor X7 onun barəsində tərtib etdiyi xx.xx.2021-ci il tarixli, ******* saylı qərarı ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs izahatında göstərdi ki, xx xxxxxx 2021-ci ildə o icra məmurunun çağırışı əsasında Gəncə şəhəri üzrə İcra İdarəsinə çağırılmışdır. O, həmin günü Access bankın Gəncə filialından keçmiş əri tərəfindən ona göndərilmiş alimentlərlə bağlı bankdan çıxarış əldə etmiş, daha sonra isə o həmin çıxarışı icra məmurunun köməkçisinə aparıb vermişdir. Göründüyü kimi onun icazəsiz evdsən çıxmasına səbəb icra məmurunun çağırışı olmuşdur. Odur ki, xx.xx.2021-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayət vermiş şəxs X6 izahatını dinləyərək, onun şikayətini şikayətə əlavə edilmiş sənədlərlə və icra işinin materialları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. İş materiallarında olan AccessBank ASC-nin Hesabdan Çıxarışından görünür ki, çıxarış xx xxxxxx 2021-ci ildə çap edilmiş və X9 həmin çıxarışı xx xxxxxx 2021-ci ildə bankdan götürmüşdür. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Gəncə şəhər Gəncə şəhər Baş polis İdarəsinin DYPŞN-nin rəisi X1 Günay Akif qızının barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib etməkdə haqlı olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, polis əməkdaşı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edərkən o, həqiqətən də qanunla müəyyən edilmiş qaydada SMS icazə sistemindən istifadə etməmişdir.O, maddi vəziyyətinin pids olmasına görə qərarın ləğv edilməsini xahiş etmişdir. İşin faktiki hallarından göründüyü kimi, X6 əməlində “epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına dair inzibati xətanın tərkib əlamətlərinin olması onun məhkəmə iclasında verdiyi özünün etirafedici izahatı və işə əlavə edilmiş digər sənədlərlə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında x xxxxxx 2020-ci il tarixli, 488 nömrəli Qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyətinin dayandırılması, bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. Həmin Qərarla müəyyən edilmişdir ki, fəaliyyətinə icazə verilməyən şəxslər təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərilməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). Göründüyü kimi şikayətçi yaşayış yerini və olduğu yeri tərk etməklə bağlı hərəkətinə icazə verilmiş şəxs olmasına baxmayaraq o olduğu yeri sms icazə almadan tərk etmiş. O şikayətində və izahatında icra məmurunun çağırışı ilə getdiyini, bankdan götürdüyü çıxarışı icra məmuruna vermək üçün getdiyini bildirsə də, iş materialları ilə həmin hallar öz təsdiqini tapmamışdır. Çünki şikayət vermiş şəxs xx xxxxxx 2021-ci ildə banka, oradan isə icra məmurunun yanına gedərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirsə də,bank çıxarışından müəyyən edilir ki, şikayət vermiş şəxs əslində bankda 13 yanvarda deyil 12 yanvarda olmuşdur. İnzibayti tənbeh vermə haqqında qərarın məzmunundan da müəyyən edilir ki, həmin qərar Nəsirova Günayın xx xxxxxx 2021-ci ildə yol verdiyi inzibati xətaya görə tərtib edilmişdir. Belə olduğu halda məhkəmə bu qənaətə gəlir ki, şikayət vermiş şəxs icra məmurunun çağırışı ilə getməmiş, icra məmuru tərəfindən belə bir çağırış edilməmişdir. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X6 barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqqında qərarın qanunsuz qəbul edilməsi və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X6 barəsində Gəncə şəhər Baş polis İdarəsinin DYPŞN-nin rəisi polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6, Gəncə şəhər Baş polis İdarəsinin DYPŞN-nin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-263/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-263/2021
01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver