Məhkəmə qərarları › İş №3(044)-263/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-263/2022

29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-263/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X6 bildirdi ki, 13 yanvar 2022-ci il tarixli qərarla icraata başlanılmış Göygöl Rayon Məhkəməsinin 2(066)-1225/2021 nömrəli, 29.11.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 ödənilməsi qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq verilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır və bugünədək heç bir ödəniş etməmişdir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, işsizdir, evdə şirniyyat bişirib satır, himayəsində 5 yaşında xəstə uşağı var, hər il uşağın mualicəsinə 5-6 min manat pul xərcləyir. Hazırda kirayədə yaşayır və kirayə pulunu ödəyə bilmir. Sonda o, barəsində tərtib olunmuş inzibati protokolun xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Aygün onun tanışı olub, ondan borc pul istəyib iki günə qaytaracağına söz versə də, üzərindən 1 ildən çox müddət keçib, hələ də borcunu qaytarmamışdır. Sonda o, borclunun barəsində qanunu qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 29.03.2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, GöyGöl Rayon Məhkəməsinin 2(066)-1225/2021 saylı, 29.11.21-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X2 5000 manat borcu ödəməlidir. - 2(066)-1225/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 5000 manat məbləğində borc və 20 manat dövlət rüsumu cavabdeh X3 500 manat məbləğində borc və 10 manat dövlət rüsumu, cavabdeh X3 500 manat məbləğində borc və 10 manat dövlət rüsumu alınıb X2 ödənilsin. - 14 yanvar 2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - 14.01.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 14.01.2022-ci il tarixdə icraatına daxil olmuş GöyGöl Rayon Məhkəməsinin 2(066)-1225/2021 saylı icra sənədini icraatına qəbul etmişdir. - Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, GöyGöl Rayon Məhkəməsinin 2(066)-1225/2021 saylı, 29.11.21-ci il tarixli icra sənədinə barədə məlumatlıdı, lakin o, işsiz olduğu üçün borcunundan ödəniş edə bilməmişdir. O, işlə təmin olunduqdan sonra hər ay borcundan 100 manat ödəniş edəcəkdir. - “Xəbərdarlıq” məktubundan görünür ki, 5020 manat icra ödənişini 10 gün müddətində ödəmədiyi təqdirdə barəsidə Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsilə protokol tərtib edilib 500 manatdan 1000 manadək cərimə və ya 30 gün müddətinə inzibati həbs oluna biləcəyinə dair xəbərdar edilmişdir. - “Sonuncu xəbərdarlıq” məktubundan görünür ki, 5020 manat icra ödənişini 10 gün müddətində ödəmədiyi təqdirdə barəsidə Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsilə protokol tərtib edilib 500 manatdan 1000 manadək cərimə və ya 30 gün müddətinə inzibati həbs oluna biləcəyinə dair xəbərdar edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Çünki Şəxs işləmədiyini və maddi imkanı olmadığını, əsas gətirərək borcu ödəməkdən yayınmışdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. - 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngəlləşdirən hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar