Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-264/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Hüseynov Nicad Nofəl oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 23:45 radələrində ucadan səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb edib polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında Gəncə şəhər Nizami RPİ-nin İTB-nin sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində Şəxs sərxoş vəziyyətdə inzibati binanın qarşısına gələrək ucadan səs küy salaraq nalayiq ifadələr işlətmiş, ünvansız söyüşlər söymüş və Zaur adlı əməkdaşla görüşmək istədiyini bildirmişdir. Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri polis kapitanı Seymur Xəlilov və polis baş leytenantı X8 RPİ-nin inzibati binasının qarşısında həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və səs küy salmamasını, söyüş söyməməsini bildirmişlər. Onlar Şəxs sakitləşməyi xahiş etmişlər, lakin sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, o, Gəncə şəhərində Mərkəzi Univermaqda telefon satmaqla məşğul olur. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Zaur adlı polis əməkdaşı ona zəng edərək, oğurluq telefonla bağlı sənəd lazım oluğunu demiş və onu Nizami RPİyə dəvət etmişdir. Bundan sonra o, Nizami RPİ-yə gəlmiş, idarəyə gedərkən sərxoş olmuşdur. Polis idarəsinin qarşısında o, Zaur adlı polis əməkdaşı ilə mübahisə etmiş və sərxoş olduğu üçün işlətdiyi nalayiq ifadələri xatırlamır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışdırsalar da, o, sərxoş olduğu üçün polislərə tabesizlik göstərmişdir. O, əməlindən çox peşman olduğunu və spirtli içkinin təsiri altında olduğu üçün belə bir əməl törətdiyini, himayəsində 4 azyaşlı uşağı olduğunu bildirərək ona yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə RPİ-nin PPXT-nin polis serjantı X9 oğlu bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində Nizami RPİ-nin qapı postunda xidmətdə olarkən tanımadığı, adı ona sonradan məlum olan Şəxs sərxoş vəziyyətdə ona yaxınlaşaraq ondan Zaur adlı polis əməkdaşının yanına gəldiyini bildirmişdir. Vətəndaş sərxoş olduğu üçün o, polis əməkdaşı Zaurun özünə məlumat vermiş, Zaur ona aşağı düşəcəyini bildirmişdir. Bu ərəfədə Şəxs öz-özünə söyüşlər, nalayiq ifadələr işlədərək deyinmiş, bir müddət sonra Zaur xidməti otağından idarənin həyətinə gəlmiş, özünü təqdim etmişdir. Ona sonradan məlum olmuşdur ki, sərxoş vətəndaş Şəxs polis əməkdaşı Zaur Hacıyevi söyürmüş. Bundan sonra aralarında mübahisə yaranmış və X10 Əliyevi dəfələrlə nizam-intizama dəvət etsə də, sonuncu öz hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili, polis baş leytenantı, X5 bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 23:45 radələrində Nizami RPİ-nin qapı postunda xidmətdə olan polis serjantı X3 ona zəng edərək bildirmişdir ki, bir nəfər şəxs sərxoş vəziyyətdə inzibati binanın qarşısına gələrək ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş, ünvansız söyüşlər söymüş və Zaur adlı əməkdaşla görüşmək istədiyini bildirmişdir. O, Nizami RPİ-nin CAŞ-nın əməliyyat müvəkkili Seymur Xəlilov ilə birlikdə Nizami RPİ-nin inzibati binasının qarşısında həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və səs-küy salmamasını, söyüş söyməməsini bildirmişdir. Onlar Şəxs nizam intizama dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə qəsdən tabe olmayaraq söyüş söyərək öz hərəkətlərini davam etdirmişdir. Onlar həmin şəxsi Nizami RPİ-nə növbətçi hissəyə təqdim etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli protokoldan məlum olur ki, Şəxs Nüsrəddin oğlu xx.xx.2021-ci il tarixdə, saat 23:45-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə orta dərəcəli alkoqol sərxoşu vəziyyətində olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. İXM-nin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 4 azyaşlı uşağı olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən, saat 01:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-264/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-264/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver