Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-266/2022 14.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə tərtib edilmiş 19.03.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, ev 260-da yaşayan Şəxs 20.02.2022-ci il tarixdə saat 11:20 radələrində Gəncə şəhəri, Təbriz küçəsi, ev 258-də yaşayan X1 evinin dam örtüyünə daşlar ataraq dam örtüyünün 1 ədədini deşməklə və digər dam örtüyünü isə müxtəlif yerlərdən əzərək yararsız hala salmaqla ümumilikdə X2 110 manat əmlak ziyanı vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirdi ki, Şəxs onunla qonşuluqda yaşayır. 20.02.2022-ci il tarixdə səhər saatlarından etibarən yaşadığı evin həyətində Məmməd adlı ustaya təmir işləri gördürən zaman saat təxminən 11:20 radələrində anidən Şəxs həyətindən evinin dam örtüyünə daşlar atılmağa başladığını görmüşdür. O, dam örtüyünə qalxaraq daş atanın kim olduğuna baxmaq istəyərkən həyətdə Şəxs özünün olduğunu görmüşdur. Evinin dam örtüyündə isə bir ədəd dam örtüyünün daş zərbəsindən deşildiyini və bir ədəd dam örtüyünün isə müxtəlif yerlərdən deşilərək yararsız hala salındığını aşkar etmişdir. Həmin dam örtüyünün bir ədədinin qiyməti 55 manatdır, Şəxs tərəfindən ona ümumilikdə 110 manat əmlak ziyanı vurulmuşdur. Bu hadisə ilk dəfə baş verməmişdir, mütəmadi olaraq evinin damına daş atılır və həyətin yan divarı zərbə ilə vurulur. Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatətlə müraciət etməmişlər. Məhkəmə işə Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin nümayəndəsinin və Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə zərərçəkmiş şəxsi dinləyib, iş materiallarının araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 02.02.2022-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər Prokurorluğuna göndərilmişdir. 19.03.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs X1 evinin dam örtüyünə daş atmaqla dam örtüyünü yararsız hala salaraq X2 110 manat əmlak ziyanı vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Şəxs əməlində İXM-in 33-cümaddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanınxarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cumaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli məbləğində - yəni 220 (iki yüz iyirmi) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-266/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-266/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver