Məhkəmə qərarları › İş №3(044)-267/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-267/2021

16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-267/2021 16.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X15 İdarəsi Kəpəz Yol patrul xidməti inspektoru polis serjantı X8 xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X15 İdarəsi Kəpəz Yol patrul xidməti inspektoru polis serjantı X8 xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildə X9 ilə ailə qurmuş, həmin birgə nikahdan iki uşaqları anadan olmuşdur. 2009-cu ildə yoldaşı ilə o, Gəncə şəhəri Təbriz küçəsi, 136 saylı mənzili alqı-satqı müqaviləsinə əsasən almış və həmin ev onun adına rəsmiləşdirilmişdir. Həmin evdə o, uşaqları, həyat yoldaşı, atası Elşad Rüstəmov, X1 ilə birlikdə yaşayırlar. X1 onkoloji xəstə olmaqla 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərində yerləşən Onkoloji Klinikada cərrahi əməliyyat olunmuş və həmin klinikada ona xx xxxxxx 2021-ci il tarixdə yenidən həmin klinikaya gələrək ximiya verilməsi bildirilmişdir. xx xxxxxx 2021-ci il tarixdə anasının Bakı şəhərində yerləşən Onkoloji Klinikada ximiya olunması üçün anası, o, həyat yoldaşı Emin Seyfullayev və sonuncuya məxsus “Cevrolet Cruz” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərində yerləşən Onkoloji Klinikaya getmək üçün Gəncə şəhərindən yola düşmüşlər. Anası Bakı şəhərində yerləşən Onkoloji Klinikada ximiya olunmuş və onlar Gəncə şəhərinə qayıtmışlar. Gəncə şəhərinin giriş hissəsində qurulan postda avtomaşınlar və içərisindəki sərnişinlər yoxlanılan zaman Gəncə şəhər Kəpəz Yol patrul xidməti inspektoru polis seriantı X12 yoldaşının idarə etdiyi “Cevrolet Cruz” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşaraq sənədlərini tələb etmişdir. X10 və anası Zenfira Tanrıverdiyevanın portalda icazələri olduğu üçün onların sənədlərini geri qaytarmış, onun isə sənədinə baxaraq SMS-lə icazə almadığı üçün protokol tərtib edəcəyini bildirmişdir. Həmin vaxt o, anasının müalicəsi üçün Bakı şəhərindən qayıtdığını və buna dair Bakı şəhərində yerləşən Onkoloji Klinikanın baş həkiminin xx xxxxxx 2021-ci il tarixli arayışını təqdim etsə də, inspektor buna məhəl qoymayaraq onun barəsində protokol tərtib edərək həmin protokolun yaşadığı ünvana göndəriləcəyi ona bildirilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, onun yaşadığı ünvana hər hansı protokol gəlməmiş və buna görə də o, xx xxxxxx 2021-ci il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinə gedərək protokol və qərarı tələb etsə də, ona yalnız ******* saylı protokolun surəti verilmişdir. O, həmin protokolu və qərarı qanunsuz hesab edir. Belə ki, xəstə olan onun doğma anasıdır və o, anası ilə bir evdə yaşayır. Onu Bakı şəhərinə həm əməliyyat zamanı, həm də müalicə zamanı getməsi üçün tək buraxa bilməzdi. Bir övlad kimi ata və ana qayğısında durmaq həm borcu, həm də vəzifəsidir. Bundan başqa özü heç bir yerdə işləmir. Anası onkoloji xəstə olmaqla və uşaqları azyaşlı olmaqla onun himayəsindədir. Maddi durumu çox aşağıdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 şikayət ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X15 İdarəsi Kəpəz Yol patrul xidməti inspektoru polis serjantı X12 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələbləri pozulduğu üçün X6 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X6 200 manat məbləğində cərimə edilmişdir. X3 şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X15 İdarəsi Kəpəz Yol patrul xidməti inspektoru polis serjantı X8 xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X15 İdarəsi Kəpəz Yol patrul xidmətinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayət ərizəsinə əlavə edilmiş ATU-nun Onkoloji kilinikası tərəfindən verilmiş arayışdan görünür ki, X3 anası Zenfira Tanrıverdiyeva xx.xx.2021- xx.xx.2021-ci il tarixlərində ATU Onkoloji Kilinikada kimyəvi dərman müalicəsi almış və xəstəni müşayiət edən şəxs X4r. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin x xxxxx 2020-ci il tarixli, 124 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən şəxslərin yaşayış yerini tərk etmələrinə yol verilən hallardan biri də təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar olan hallardır. Həmin Qərarının 1.8-ci bəndində göstərilmişdir ki, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X15 İdarəsi Kəpəz Yol patrul xidmətinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarından göründüyü kimi, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinmiş və 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 xx.xx.2021-ci il tarixdə yaşayış yerini tərk etməsinə sabəb onkoloji xəstə olan anasının bilavasitə həyat və sağlamlığına təhlükəli vəziyyət yaranması və onun zəruri tibbi müalicə alması ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla da, inzibati xəta haqqında işin yuxarıda qeyd edilən məhkəmə iclasında tədqiq edilmiş materialları və işin faktiki halları ilə X6 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması təsdiq edilməmişdir. Beləliklə də, X6 tərəfindən X15 İdarəsi Kəpəz Yol patrul xidmətinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı qərarında göstərilmiş inzibati xətanın törədilməsi təsdiq edilməmiş və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayəti təmin edilməklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X15 İdarəsi Kəpəz Yol patrul xidmətinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Gəncə şəhər Kəpəz Yol patrul xidməti inspektoru, polis serjantı X8 xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar