Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-268/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhər Nizami rayon Məhkəməsini hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs-Gəncə şəhər BPİ-nin DYP şöbəsinin polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Atatürk pr 266/9 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o xx.xx.2021-ci il tarixdə, saat 4:57 radələrində Gəncə şəhəri, Şahsevənlər küçəsi “Humanitar Kollecin”qarşısında idarə etdiyi “VAZ 21015” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman təhlükəli manevr hərəkətləri etmiş, bununla da əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmaqla qərəzli hərəkətlər edərək avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər BPİ-nin DYP şöbəsinin polis kapitanı X4 protokolda göstərilən xüsusatlara uyğun izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 4:57 radələrində Gəncə şəhəri, Şahsevənlər küçəsi “Humanitar Kollecin”qarşısında hərəkətdə olan “VAZ 21015” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü təhlükəli manevrlər etmiş, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozmaqla qərəzli hərəkətlər və avtoxuliqanlıq etmişdır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, həqiqətən də “VAZ 21015” markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun idarəçiliyindədir. O, etibarnamə ilə idarə etdiyi avtomobillə xx.xx.2021-ci il tarixdə saat 04:57 radələrində Nizami prospekti istiqamətindən Şahsevənlər küçəsi ilə düzünə Eminbəyli küçəsi istiqamətində hərəkət etmişdir. Polis şöbəsində müşahidə kameralarında olan görüntülər ona təqdim edilmiş, onun iştirakı ilə həmin görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki yolun adı çəkilən hissəsindəki həmin avtomobilin dövlət nömrə nişanı görünmür. Hesab edir ki, həmin inzibati xətanı törədən şəxs o deyildir. Əgər həmin avtomobilin nömrəsi görüntülərdə öz əksini tapsa idi bu halda demək olardı ki, qeyd edilən inzibati xətanı özü törətmişdir. Gəncə şəhər BPİ-nin DYPŞ-nin rəisinə yazdığı izahat onun tərəfindən heç bir təsir və təzyiq olmadan yazılmış, buna baxmayaraq həmin inzibati xətanı törətməsində özünü qismən təqsirli bilir. Odurki məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi etiraf edici izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək, inzibati protokol tərtib etmiş şəxsi dinləyib, təhlükəsiz şəhər xidmətinin kameraları vasitəsilə əldə edilmiş video diskə baxış keçirərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təhlükəsiz şəhər kameralarından qeydə alınmış video görüntüyə baxış keçirilmiş və hava şəraitinin pis olması səbəbindən həmin görüntülərin aydın şəkildə qeydə alınması mümkün olmamışdır. **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün Şəxs olub-olmamasını müəyyən etmək olmasada, işə əlavə olunmuş protokoldan və onun polis idarəsində verdiyi izahatdan qeyd edilən imnzibati xətanın onun özü tərəfindən törədilməsi oz əksini tapmışdır. Polis şöbəsində müşahidə kameralarından əldə edilmiş video görüntülər Şəxs təqdim edilmiş, onun iştirki ilə həmin görüntülərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, yolun adı çəkilən hissəsindəki həmin avtomobilin dövlət nömrə nişanı görünmür. Məhz həmin görüntülərdəki avtomaşının dövlət qeydiyyat nömrəsinin görünmədiyini bildikdən sonra Şəxs sonradan həmin inzibati xətanı törətməkdə təqsirli bilməmişdir. Ona görə də Şəxs məhkəmə iclasında verdiyi izahatında da əgər video görüntülərdəki avtomaşının nömrəsi görünürsə demək həmin inzibati xətanı ö törətmmişdir kimi izahat vermişdir. Buna baxmayaraq o özünü təqsirli bilməsi kimi polis şöbəsinə verdiyi izahatı heç bir təsir olmadan yazmış və hansı səbəbdən özünü təqsirli bilməsi kimi izahat yazmasına heç bir tutarlı dəlil gətirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs ona həbslə bağlı olmayan inzibati tənbehin verilməsinə dair dəlillərinə də hüquqi qiymət verərək onu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhz bu baxımdan məhkəmə onu qeyd edir ki, həbslə bağlı olmayan inzibati tənbehin verilməsi ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə zidd olmaqla, həmin tənbehin qəbul edlməsi inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə də uyğun deyildir. Bundan başqa da inzibati xəta törətmiş şəxs heç bir yerdə işləməyərək müstəqil qazancı olmadığından məhkəmə qərarı ilə təyin ediləcək cərimə növündə inzibati tənbehin də icra edilməsi qeyri-mümkün olaraq məhkəmə aktını icra edilməsi mümkün olmayan xəyali akta çevirəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə-nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Qeyd edilən Məcəllənin 153.1-ci maddəsinə əsasən fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur. AR İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Şəxs gənc olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü kimi inzibati həbs seçilməli və həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 13:00-dan hesablanmalı, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş X1rın Saxlama məntəqəsinə həvalə edilsin. Şəxs adına verilmiş xx.xx.2016-cı il tarixli, AE 117134 seriyalı sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Gəncə RQİTBŞ-nə təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-268/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-268/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver