Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-269/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında qərardan şikayət verərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdən müəyyən olunur ki, X1 barəsində xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. X2 inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh edilməsini bilməsinə baxmayaraq, qərarı şikayətinə əlavə etməmiş, qərarın nə vaxt qəbul edilməsini və onun tərəfindən nə vaxt alınmasını və ümumiyyətlə kim tərəfindən nə vaxt qəbul edilməsini şikayətində göstərməmişdir. Şikayət araşdırılarkən müəyyən olunur ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 tərəfindən verilmiş şikayətdən və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar şikayətə əlavə edilməmiş, şikayətçi öz ünvanını şikayətdə qeyd etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1 inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2 inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3 vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət məhkəmənin icraatına qəbulundan imtina olunaraq geri qaytarılmalıdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İnzibati Xətalər Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüquqları vardır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər natamamdır. Bu səbəbdən də X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X2 tərəfindən verilmiş şikayətinin icraata qəbulundan imtina olunsun və şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-269/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-269/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver