Məhkəmə qərarları › İş №3(044)-270/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-270/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-270/2020 26.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 26 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili X1 şəhər Baş Polis İdarəsinin DYPŞ-dəndaxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etd i Şəxs barəsində xx.xx.2019-cu il tarixdə çıxarılmış inzibati xəta haqqında protokol qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də onun barəsində xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətdən azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli İXP ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə ona təyin olunmuş inzibati cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Göründüyü kimi, Şəxs barəsində inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmış və Şəxs, ona təyin edilmiş inzibati tənbeh növündə cəriməni qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli E-manat MMC-nin qəbzindən görünür ki, Şəxs qanunla müəyyən edilmiş müddətdən sonra, 65 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında tədqiq olunan sübutlara və iş materiallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilsə də, o qanunla müəyyən edilmiş məbləğdə cəriməni dövlət büdcəsinə ödədiyindən hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 529-cu maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən İXM-in 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, maddi hüquq normalarının tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəbbə pulu ilə birlikdə cəmi 65 manat pulu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən o, inzibati məsuliyyətdən azad olunmalıdır. Şərh olunanlara əsasən və İXM-in 360, 367, 313-2, 416, 425-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 529-cu maddəsinin Qeydinin birinci hissəsinə əsasən o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar