Məhkəmə qərarları › İş №3(044)-270/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-270/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-270/2021 18.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Şəxs və zərərçəkmiş şəxs Məmmədova (İsmayılova) Zeynəb Misir qızının iştirakları ilə xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, S.Qazıyeva küçəsi, ev 25 qeydiyyatda olan və yaşayan İsmayılov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1957/2014 saylı icra vərəqəsinə əsasən borclu İsmayılov Şəxs xx xxx 2014-cü il tarixdən başlayarq xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılzadə Məryəm Şəxs qızının yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödəilməsi qət edilmişdir. İsmayılov Şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1957/2014 saylı icra sənədi üzrə 8343 manat aliment borcu yaranmışdır. Borclu İsmayılov Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də İsmayılov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)- 1957/2014 saylı icra vərəqəsinə əsasən borclu İsmayılov Şəxs xx xxx 2014-cü il tarixdən başlayarq xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılzadə Məryəm Şəxs qızının yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödəilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1957/2014 saylı icra sənədi üzrə 8343 manat aliment borcu yaranmışdır. Borclu İsmayılov Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, borcunu ödəməkdən yayınmışdır. Ona görə də İsmayılov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən İsmayılov Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Məmmədova (İsmayılova) Zeynəb Misir qızı bildirmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1957/2014 saylı icra vərəqəsinə əsasən borclu İsmayılov Şəxs xx xxx 2014-cü il tarixdən başlayarq xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılzadə Məryəm Şəxs qızının yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödəilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1957/2014 saylı icra sənədi üzrə 8343 manat aliment borcu yaranmışdır. Borclu İsmayılov Şəxs inzibati qaydada həbs olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov Şəxs izahat verərək göstərmişdir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1957/2014 saylı icra vərəqəsinə əsasən borclu İsmayılov Şəxs xx xxx 2014-cü il tarixdən başlayarq xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılzadə Məryəm Şəxs qızının yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödəilməsi qət edilmişdir. Onun hazırda Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)- 1957/2014 saylı icra sənədi üzrə 8343 manat aliment borcu yaranmışdır. Yaranmış borcunu imkanı olmadığından ödəyə bilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını icra işinin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, düzgün olaraq İsmayılov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1957/2014 saylı icra vərəqəsinə əsasən borclu İsmayılov Şəxs xx xxx 2014-cü il tarixdən başlayarq xx xxxxxxxx 2011-ci il təvəllüdlü İsmayılzadə Məryəm Şəxs qızının yetkinlik yaşına çatandək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödəilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 X4 dəyişdirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Tural İmanovun xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, İsmayılov Şəxs barəsində icraat başlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2014-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişlədən görünür ki, İsmayılov Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2015-ci il tarixli, 5287/14 saylı məktubundan görünür ki, İsmayılov Şəxs inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri üzrə İcra idarəsinin xx.xx.2016-cı il tarixli, 5287/14 saylı məktubundan görünür ki, İsmayılov Şəxs inzibati məsuliyyətə cəlb olunacağı barədə sonuncu xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17866/2014-21-24 saylı Elektron məlumat portalından görünür ki, İsmayılov Şəxs adına hər hansı bank hesabı, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən verilmiş icra sənədi əsasında icraata başlanılmış, könüllü icra üçün bildiriş göndərilmiş, tələbin könüllü olaraq icrası üçün borcludan 10 gün müddətində borcun ödənilməsi tələb edilmiş, İsmayılov Şəxs borcunu ödəməmiş, icra icraatı zamanı verdiyi izahatında məhkəmə qətnaməsi olmasına baxmayaraq, borcunu ödəməməsinin səbəbi kimi maddi imkanının olmamasını göstərmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, yenə də borcunu ödəməmişdir. İcra icraatı zamanı borclunun adına tələbin yönəldilə biləcək hər hansı əmlak aşkar edilməmişdir. İsmayılov Şəxs məhkəmə iclasında borcunu ödəmək imkanının olmadığını bildirsə də, işin faktiki halları, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında işin materialları ilə İsmayılov Şəxs məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi həqiqətən də heç bir üzürlü səbəblərlə əlaqədar olmadığı və qərəzli olduğu təsdiq olunur. Məhkəmə hesab edir ki, İsmayılov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq, İsmayılov Şəxs əməlini məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirərək hesab edir ki, İsmayılov Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati həbs seçilməli və həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il saat 17:50-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 73, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsmayılov Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxxx 2021-ci il saat 17:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar