Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-272/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Novruzov Maarif Vidadi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən şəxs Gəncə şəhər Dövlət yol polis şöbəsinin Yol patrul xidməti inspektoru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 333.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Dövlət yol polis şöbəsinin Yol patrul xidməti inspektoru X2 tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs “OPEL VECTRA” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə “OPEL VECTRA” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə edərkən Gəncə şəhər Dövlət yol polis şöbəsinin Yol patrul xidməti inspektoru X2 tərəfindən saxlanılarkən onun avtomobili sərxoş halda idarə etdiyi aşkar edilmişdir. Buna görə də onun barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törətdiyi əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Dövlət yol polis şöbəsinin Yol patrul xidməti inspektoru X2 izahat verərək göstərmişdir ki, sürücü Şəxs xx xxxxxx 2021-ci il tarixdə “OPEL VECTRA” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən onun tərəfindən saxlanılmışdır. Bu zaman həmin şəxsin avtomobili sərxoş halda idarə etdiyi aşkar edilmişdir. Buna görə də onun barəsində xx xxxxxx 2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, Şəxs sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilərək onun spirtli içki qəbul etməsi müəyyən olunmuşdur, eyni zamanda həmin protokolda Şəxs göstərmişdir ki, o, həqiqətən də spirtli içki qəbul etmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-in 333.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 114, 120-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-272/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-272/2021
24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver