Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-274/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi X3 tərəfindən inzibati xəta haqqında protokol tərətib edilmişdir ona görə ki, ** DX *** d.q.n VAZ 2107 markalı avtomobilin sürücüsü idarə etdiyi taksi minik avtomobilində Gəncə şəhəri, Nizami rayonu, 3 nömrəli balnisanın qarşısında aparılan yoxlama zamanı qanunvericilikdə nəzərdə tutulmuş tələb olunan sənədləri, “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki,o günün müəyyən vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. Olduqca ağır maddi vəziyyəti vardır. Odur ki, məhkəmədən icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsin nümayəndəsi X1 Samir Zahir oğlu barədə inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu,o cümlədən ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsinin aparıcı məsləhətçisi X3 tərəfindən tərtib edilmişdir. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin x xxx 2017-ci il tarixli, 1361 nömrəli Fərmanının 66-1-ci hissəsində qeyd edilmişdir ki, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilən inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adından Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, onun müavinləri, aparat rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, yerli bölmələrin rəhbərləri, onların müavinləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Gəncə şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində törədilmiş inzibati xətalar haqqında işlərə münasibətdə Gəncə Şəhər İcra Hakimiyyəti adından bu Siyahının 26-4.4-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər, yəni Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, onun müavinləri, şöbə müdiri, onun müavini, sektor müdiri tərəfindən inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarından göründüyü kimi Şəxs Gəncə şəhəri daxilində taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq buna səlahiyyəti olmadan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional Şöbəsi tərəfindən İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir.Halbu ki, bu növ inzibati xəta haqqında işlər üzrə inzibati xəta haqqında protokol Gəncə Şəhər İcra Hakimiyyəti adından yuxarıda göstərilmiş vəzifəli şəxslər tərəfindən tərtib edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2019-cu il tarixli Qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsi inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, səlahiyyətli orqanın (vəzifəli şəxsin) hazırlıq mərhələsində həll etməli olduğu məsələlərin dairəsini müəyyən edir. Həmin maddəyə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uyğun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Yuxarıda qeyd edilənləri əsas götürərək inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qanuna müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənəd geri qaytarılsın. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-274/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-274/2021
03.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver