Məhkəmə qərarları › İş №3(044)-274/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-274/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-274/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə 13 mart 2022-ci il tarixdə saat 12:00 radələrində müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlamış, bu əmələ görə ADRA X7 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN № ******* saylı, 16 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, MMC-də rəsmi olaraqda direktor kimi fəaliyyət göstərsə də, MMC-nin işlərində iştirak etmədiyi üçün tərtib olunmuş protokolun mövcudluğundan məlumatsızdır. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İşdə olan MN № ******* saylı, 16 mart 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin qanuni təmsilçisi Nümayəndə açıq məkanda reklam haqqında qanunvericiliyin pozduğuna görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İşdə olan İnternet Vergi idarəsindən çıxarışdan görünür ki, Şəxs MMC vergi ödəyicisi olan (VÖEN) ********** hüquqi şəxsdir, buna görə o, hüquqi şəxs hesab olunur. 16 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib olunmasından iştirakdan imtina barədə aktdandan görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional İdarəsinin baş müfəttişi X6, böyük müfəttif X3, müfəttiş X2 iştirakı ilə Gəncə şəhər Nizami Gəncəvi pr.də yerləşən “Turan” YDM obyektinin sahibkarı Şəxs MMC 2 mart 2022-ci il tarixli Rİ-3/03/238 nömrəli məktubla 16 mart 2022-ci il tarixdə saat 11:00-da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak üçün X7 İdarəsinə (Gəncə şəhəri, Fətulla Həsənov 3) dəvət olunsa da o, müvafiq protokolun rəsmləşdirilməsi prosesində iştirak etməmişdir.s Sahibkar tərəfindən Fasad reklamları 21,035 m, ayrıca dayaq 5,50 m x 1,60 m x 2 üzlü reklamlar yayımlanır. İnzibati xətanın törədilməsi bu barədə tərtib edilmiş MN № ******* saylı, 16 mart 2022-ci il tarixli protokol, ona əlavə edilmiş sənədlər və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncəşəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar