Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-277/2021 20.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs oğlu xx.xx.2020-ci il tarixdə ictimai yerdə ucadan səs-küy salmaqla polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis baş leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 07:30 radələrində Gəncə şəhər Nizami RPİ-in inzibati ərazisində avara və dilənçiliklə məşğul olan şəxslərin yığılması məqsədi ilə keçirilmiş tədbir zamanı Yevlax şəhərində qeydiyyatda olan, Gəncə şəhəri Əttarlar küçəsində yerləşən evlərin birində qeydiyyatsız yaşayan, adı polisə sonradan məlum olan Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin vətəndaşa onlarla birlikdə Nizami RPİnə getməsini xahiş etmişlər. Lakin Şəxs evin qarşısından küçəyə çıxaraq öz narazılığını bildirib, onlarla birlikdə getməyəcəklərini bildirməklə tabesizlik göstərmişdir. Polis əməkdaşları Şəxs sakitləşməsini dəfələrlə xahiş etsələr də, lakin sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdiyi üçün Nizami RPİ-nə gətirilərək növbəci hissəyə təhvil verilmişdir. Bununla da o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki, xx.xx.2021-ci il tarixdə polis əməkdaşları Əttarlar küçəsində reyd keçirərkən, onu polis Nizami RPİ-nə dəvət etmişlər. Həmin vaxt o, səhər yuxudan durduğu üçün əsəbi olmuş və polisin qanuni tələblərinə əməl etmədiyi üçün onların arasında mübahisə düşmüşdür. O, etdiyi əməldən çox peşmandır, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəkdir. Sonda o, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ-in İTB-in polis sahə rəisi polis leytenantı X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 07:30 radələrində Gəncə şəhər Nizami RPİ-in inzibati ərazisində avara və dilənçiliklə məşğul olan şəxslərin yığılması məqsədi ilə Nizami RPİ-in PPXT-ın polis nəfərləri polis serjantı X2 və X4 ilə birlikdə keçirilmiş tədbir zamanı Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən evlərin birində qeydiyyatsız yaşayan, adı onlara sonradan məlum olan Şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar həmin vətəndaşa onlarla birlikdə Nizami RPİ-nə getməsini xahiş etmişlər. Lakin Şəxs evin qarşısından küçəyə çıxaraq öz narazılığını bildirib, onlarla birlikdə getməyəcəklərini bildirməklə ətrafdan keçən tanımadığı insanların diqqətini özünə cəlb etmişdir. Şəxs sakitləşməsini dəfələrlə xahiş etsələr də, lakin o, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdiyi üçün Nizami RPİ-nə gətirərək növbəci hissəyə təhvil verilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ-in İTB-in polis nəfəri polis serjantı X2 şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs oğlunun polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs oğlunun əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-277/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-277/2021
20.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver