Məhkəmə qərarları › İş №3(044)-278/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-278/2022

15.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-278/2022 15.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 04.03.2022-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. 03.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs ünvan 1 ünvanında yaşayan X3 qarşı 200 manat məbləğində dələduzluq etmişdir. Bununla o, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin 03.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yaşayan Zərərçəkmiş şəxs1 qarşı 400 manat məbləğində dələduzluq etmişdir. Bununla o, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin 04.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və sənədlərdən görünür ki, Şəxs Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafında yaşayan Zərərçəkmiş şəxs2 qarşı 180 manat məbləğində dələduzluq etmişdir. Bununla o, İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhəri BPİ-nin 1-ci polis şöbəsinin İTB-in polis sahə rəisi, polis leytenantı X2 bildirdi ki, zərərçəkmiş şəxslərin müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanılması rədd edilmiş, bundan sonra inzibati araşdırma aparılaraq protokol tərtib olunmuşdur. Hazırda Şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyi üçün zərərçəkmiş şəxslər Gəncə şəhəri 1-ci Polis Şöbəsinə ərizə verərək, Şəxs heç bir şikayət və tələblərinin olmadıqlarını bildirmişlər. Məhkəmə iclasında Şəxs əməlini qismən etiraf edərək bildirmişdir ki, o, kassa aparatlarının satışı ilə məşğulı olmuşdur. Sadəcə olaraq şirkət onu rəsmi işə götürməmiş və onun göstərdiyi xidmətlərin haqqını ona ödəməmişdir. O, vətəndaşları aldatmamış, lakin şirkətlə onun arasında olan problemlə bağlı bu vəziyyət yaranmışdır. O, hal-hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini və onlarla barışdığını bildirmişdir. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxlərin Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə ünvanladıqları ərizələrindən görünür ki, onlara dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanları tamamilə ödədiyindən və zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbi olmadığından onun barəsində İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 03.04.2022-ci il tarixli, MN ******* saylı, 03.04.2022-ci il tarixli, MN ******* saylı və 04.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar