Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-284/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs ilə bağlı materialın icrası zamanı o, polisin qanuni tələbinə qəsdən tabe olmamış, ucadan səs-küy salaraq ətrafdakıların diqqətini özünə cəlb edib polisə tabesizlik etmişdir. Məhkəmə iclasında Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 12:05 radələrində Şəxs iki nəfər tanışı ilə DYPŞ-nin müvəqqəti dayanacağına gələrək müvəqqəti duracaqda olan avtomaşının buraxılmasını bildirərkən, polis əməkdaşları ilə mübahisə etmişdir. Orada olan digər iki nəfər də ona qoşularaq polisin ünvanına nalayiq ifadələr işlətməklə orada olan tanımadığı insanların diqqətini özünə cəlb etmişdir. Həmin vaxt adları onlara sonradan məlum olan X6, Şəxs və X2 yaxınlaşaraq özlərini təqdim edib sakitləşməsini xahiş etmişlər. Lakin yuxarıda adları qeyd olunmuş şəxslər öz hərəkətlərinə davam etməklə orada olan ətrafdakı insanların diqqətini özünə cəlb edərək ictimai qaydanı pozmuş və polislər sonunculardan sakitləşmələrini xahiş etsələr də, polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə təxminən 15-20 dəqiqə davam etdikləri üçün polislər həmin şəxsləri zorla avtomaşına mindirərək Nizami RPİ-nə gətirib növbəçi hissəyə təhvil verilmişlər. Bununla da Nail Rzaev İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23:00 radələrində spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. O, özünə məxsus olan **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamışlar və içkili olduğu üçün onun maşını cərimə meydançasına salmışlar. O, xx.xx.2021-ci il tarixdə saat təxminən 11:30 radələrində dostu Rüstəmov Ayxanla DYPİ-nə gəlmiş. Onlar duracaqda olan zaman Arif adda tanışı cərimə meydançasına gələrək polis əməkdaşları ilə sözlü mübahisə yaratmış, nalayiq sözlərdən istifadə etmişdir. O, tanışı Arifə qoşulub polis əməkdaşları ilə mübahisə etmiş və əsəbləşərək ucadan səküy salmış, lakin onlara söyüş söyməmişdir. Sonda o, etdiyi əməldən səmimi peşman olduğunu, qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in DYPŞ-in ƏYPXB-ün YPX-i inspektoru polis baş serjantı X17 oğlu bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 12:05 radələrində Gəncə şəhər BPİ-in DYPŞ-in inzibati binasının həyətində DYPŞ-in ƏYPXB-ün YPX-i inspektorları X10, X11, X8 və DYPŞ-in müvəqqəti duracağa yerləşdirilmiş maşınlara nəzarət edən X3 və X4 ilə dayanarkən iki nəfər tanımadığı şəxs həyətdə olarkən bir nəfər şəxs də yenidən gələrək onların yanına yaxınlaşaraq nalayiq ifadələr işlədərək müvəqqəti duracaqda olan avtomaşının buraxılmasını bildirərkən orada olan digər iki nəfər də ona qoşularaq polisin ünvanına nalayiq ifadələr işlətməklə orada olan tanımadığı insanların diqqətini özünə cəlb etmişlər. Həmin vaxt adları onlara sonradan məlum olan X6, Şəxs və X2 yaxınlaşaraq özlərini təqdim edib sakitləşməsini xahiş etmişlər. Lakin yuxarıda adları qeyd olunmuş şəxslər öz hərəkətlərinə davam etməklə orada olan tanımadıqları insanların diqqətini özünə cəlb edərək ictimai qaydanı pozurdular və onlar sonunculardan bir daha sakitləşmələrini xahiş etsələr də, həmin şəxslər polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə təxminən 15-20 dəqiqə davam etdikləri üçün onları zorla avtomaşına mindirərək Nizami RPİ-nə gətirib növbəçi hissəyə təhvil verilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in DYPŞ-in ƏYPXB-ün YPX-i inspektoru polis baş serjantı X8 şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli protokoldan məlum olur ki, Şəxs xx.xx.2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-ci maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması və polisin qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə Şəxs inzibati xətanı bir qrup şəxs halında törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-284/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-284/2021
23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver