Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-286/2020 06.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib edilmiş İXM-in 528.1-ci maddəsi ilə olan 11iyun 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-248/2019 saylı qərardadına əsasən Şəxs 6.253( altı min iki yüz əlli üç) manat məbləğində pul vəsaitinin tutularaq tələbkar xxxxxxxxx Sığorta şirkəti ASC-nə verilməsi qərara alınmışdır. Borclu Şəxs Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-248/2019 saylı icra sənədi üzrə tam ödəniş etmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X3 bildirdi ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-248/2019 saylı qərardadı ilə Şəxs 9353 (doqquz min üç yüz əlli üç) manat məbləğində pul tutularaq tələbkar xxxxxxxxx Sığorta şirkəti ASC-nə verilməsi qərara alınmışdır. Borclu Şəxs Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-248/2019 saylı icra sənədi üzrə 9353 (doqquz min üç yüz əlli üç) manat borcundan 6.100 manat ödəniş etmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o, borcunu tam ödəməkdən yayınmışdır. Ona görə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs imkanı olmadığından yaranmış borcunu ödəyə bilmədiyini qeyd edərək bildirdi ki, o, hazırda karantin rejimi ilə əlaqədar işləmir.Həmçinin adına heç bir mülk yoxdur. O, borcunu könüllü olaraq ödəyəcəyinə dair rəsmi bildirişi xx.xx.2019-cu il tarixdə imzalamış, həmin tarixdən 11.353 manat borcundan 5.100 manatını ödəmiş, işləmədiyi ərəfədə isə 1000 manat qohumlarından borc alaraq ödəniş etmişdir. Borcun ödənilməsindən yayınmır. Müəyyən müddət ona vaxt verilərsə yaranmış borcunu ödəyəcəkdir. Odur ki, barəsində başlanılmış inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs imkanı olmadığından yaranmış borcunu ödəyə bilməmişdir, lakin borcunu ödəməkdən yayınmır və gələcəkdə ödəyəcəkdir. Ona görə də Şəxs barəsində başlanılmış inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati işin materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs və onun müdafiəçisininizahatlarını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər üzrə İcra İdarəsinin icra məmuru Ayxan Mənsurlu xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iş üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli “xəbərdarlıq”dan və xx.xx.2019-cu il tarixli “sonuncu xəbərdarlıq”dan görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi xəbərdarlıqlar verilmiş və o, həmin xəbərdarlıq məktublarını şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli izahatdan görünür ki, Şəxs icra məmuru tərəfindən ona borcun vaxtında ödənilməsi ilə əlaqədar qanununvericiliyin tələbləri izah edilmiş, o da borcunu imkanı olmadığı üçün ödəyə bilmədiyini, bundan sonra hər ayın 20-nə kimi minumum 200 AZN olmaqla ödəcəyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-248/2019 saylı icra sənədindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmişdir. Barışıq sazişinin təsdiq olunmasına dair məhkəmə qərardadı qüvvəyə mindikdən sonra cavabdehin 11.353(on bir min üç yüz əlli üç) manat sığorta haqqını könüllü ödəməyi, həmin məbləğdən 2000(iki min) manatı iddiaçının hesabına xx.xx.2019-cu il tarixdə ödənildiyini, onun müqabilində 21.822(iyirmi bir min səkkiz yüz iyirmi iki) manat 90 (doxsan)qəpik məbləği iddiaçının tələb etməyəcəyini, qalan 9.353(doqquz min üç yüz əlli üç) manat pulun cavabdeh tərəfindən 4 ay müddətində ilkin ödəniş 2.453 (iki min dörd yüz əlli üç) manat, növbəti ödənişlər ayda 2.300 (iki min üç yüz)manat olmaqla, hər ayın 15-nə kimi ödəniləcəyini, tərəflər bu saziş üzrə öz öhdəliklərini yerinə yetirmədiyi hallar istisna olmaqla, bir-birinə qarşı bu sazişdə göstərilən iddia tələbi ilə bağlı mübahisə etməyəcəklərini təsdiq edirlər. Tərəflər bu barışıq sazişinin şərtlərinə əməl edilməməsi halında qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət edə və sazişin etibarsızlığını məhkəmədə mübahisələndirə və digər qanunla qorunan hüquq və vəzifələrdən istifadə edə bilərlər. İddiaçı “xxxxxxxxx” Sığorta şirkəti ASC-nin cavabdeh Şəxs qarşı 11.353 (on bir min üç yüz əlli üç) manat sığorta haqqı üzrə borcun, 21.822 (iyirmi bir min səkkiz yüz iyirmi iki) manat 90 (doxsan) qəpik dəbbə pulunun və 30 (otuz) manat 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumunun, cəmi 33.206 (otuz üç min iki yüz altı) manat 30 (otuz) qəpik məbləğində pulun tutulması tələbinə dair 2-2(083)- 248/2019 saylı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan şəxsin kartoçkasından görünür ki, Şəxs adına daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxxxx 2020-ci il tarixli “xxxxxxxxx” Sığorta Şirkəti ASC-nin məktubundan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli e-2-2(83)-248/2019 saylı qərardadı ilə cavabdeh Şəxs iddiaçı "xxxxxxxxx" Sığorta Şirkəti ASC-yə 11.353 manat borcun olması barədə barışıq sazişi tərtib olunaraq təsdiq olunmuşdur. Borclu Şəxs həmin borcdan bir il ərzində ümumilikdə 5.100 manat məbləğində ödəniş etmişdir. Halbuki tərəflər arasında bağlanan barışıq sazişinə əsasən Şəxs şirkətə olan borcunu 4 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Borclu Şəxs ilə dəfələrlə əlaqə saxlanılmış, lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən qəsdən boyun qaçırmışdır. Bundan sonra Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən inzibati məsuliyyətə cəlb olunması məqsədilə borclu məhkəmə qarşısına çıxarılmış, ona məhkəmə tərəfindən borcun bağlanması üçün möhlət verilməsinə baxmayaraq həmin müddət ərzində ümumilikdə 1000 (300+700) manat ödəniş etmişdir. Qeyd olunan ödənişlərdən sonra borclu ilə əlaqə saxlanılsa da o, qalan borcu ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda onun şirkətə 5.253 manat borcu vardır. İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ŞəxsGəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-248/2019 saylı icra sənədi üzrə 11.353 manat borcundan 5.100 manatını xx xxxx 2020-ci il tarixədək ödəmiş, 1000 manatını isə məhkəmə prosesi zamanı ödəmişdir. Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki o, icra sənədi üzrə borcu pandemiya dövrünə kimi mümkün qədər yarısına qədərini ödəmiş, məhkəmə prosesi zamanı qohumlarından 1000(min) manat borc alaraq ödəmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən olundu ki, Şəxs heç bir yerdə işləmir, heç bir əmlaka malik deyil. Belə olan halda məhkəmə Şəxs heç bir yerdə işləməməsini, maddi imkanının olmamasını və icra sənədi üzrə borcunun yarısından çoxunu ödəməsini nəzərə alaraq hesab edir ki, borclu tərəfindən icra sənədi üzrə borcun tam ödənilməməsi icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi yaranmadığı üçün Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1, 114, 128-130-cumaddələrini rəhbər tutaraq, qərara aldı Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №3(044)-286/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-286/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver