Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-289/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlu, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında 23.07.2022-ci il tarixli 174/21 saylı Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən inzibati tənbeh vermə haqqında 23.07.2022-ci il tarixli 174/21 saylı qərardan məhkəməyə şikayət vermişdir. Məhkəmə, şikayəti və və ona əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim olunmuş şikayətdən məlum olur ki, X2 tərəfindən şikayət imzalanmadan məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində şikayətin geri qaytarılması ilə əlaqədar müddəalar olmadığından analoji münasibətləri tənzimləyən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası CPM-nin 387.3-cü maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 395.1-ci maddəsi ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 06.01.2021-ci il tarixli 174/21 saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət imzalanmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 106, 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 06.01.2021-ci il tarixli 174/21 saylı inzibati qərardan verilmiş şikayəti geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-289/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-289/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver