Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-290/2022 11.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 04.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə sında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 04.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 04.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbayucan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan 04.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar tamamilə qanunsuzdur, qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Sözügedən 04.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinə zidd tərtib edilməsinin bir başqa sübutu da həmin qərarın Elektron imza ilə təsdiq olunmalı olduğu halda bu məcburi qaydanın yerinə yetirilməməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 133.2.8ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 04.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi üçün 100 (yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş materiallarını və şikayəti tədqiq edərək, məhkəmə hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayəti X4 versə də, 04.03.2022-ci il tarixli, EQ ******* saylı qərarla inzibati xətanın X3 tərəfindən törədildiyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də 04.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində qərar çıxarılmış X1 şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə məhkəmə hesab edir ki, 04.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar X3 barəsində çıxarıldığından və X2 həmin qərardan şikayət vermək hüququ olmadığından şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən tərtib edilmiş 04.03.2022-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-290/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-290/2022
11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver