Məhkəmə qərarları › İş №3(044)-295/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-295/2021

18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-295/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-nin) 552-ci maddəsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin Gəncə Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X1 Xidmətinin Gəncə Regional şöbəsinin əməkdaşları xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonunun ərazisində “Zəfər Tağıyevin” qarşısında aparılan yoxlama zamanı “VAZ” 21099 markalı, ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədi- “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bununla da, Şəxs tərəfindən İXM-nin 552-ci maddəsinin tələbləri pozulduğundan onun barəsində xx.xx.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin Gəncə Regional şöbəsinə məhkəmə iclasına gəlməmişlər və işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin Gəncə Regional şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün protokol tərtib edilmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə iş materialarını araşdırıb müəyyən edir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin Gəncə Regional şöbəsindən Şəxs xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol barədə məlumat verilməsi və həmin məlumatı təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən qanunvericiliyin tələbi pozularaq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin Gəncə Regional şöbəsi tərəfindən Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol məhkəməyə göndərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və İXM-in 109.1.6, 125, 127-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X1 Xidmətinin Gəncə Regional şöbəsi tərəfindən məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar