Məhkəmə qərarları › İş №3(044)-301/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-301/2020

18.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-301/2020 18.06.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi icra məmuru X4, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-926/2019 saylı qətnaməsi ilə Şəxs 2300 (iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün milli manata məzənnəsi və 2280 (iki min iki yüz səksən) manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Borclu Şəxs X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-926/2019 saylı icra sənədi üzrə heç bir ödəniş etməmiş nəticədə 2300 (iki min üç yüz) ABŞ dolları və 2280 (iki min iki yüz səksən) manat borcu yaranmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X7 bildirdi ki, X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-926/2019 saylı qətnaməsi ilə Şəxs 2300 (iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün milli manata məzənnəsi və 2280 (iki min iki yüz səksən) manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X2 verilməsi qət edilmişdir Borclu Şəxs X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-926/2019 saylı icra sənədi üzrə 2300 (iki min üç yüz) ABŞ dolları və 2280 (iki min iki yüz səksən) manat borcundan hec bir ödəniş etməmişdir. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş və xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq, o borcunu ödəməkdən yayınmışdır. Ona görə də Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs imkanı olmadığından yaranmış borcunu ödəyə bilmədiyini qeyd edərək bildirdi ki, fərdi əməklə məşğul olur, heç bir yerdə işləmir. Müəyyən müddət ona vaxt verilərsə işə düzələcəkdir və imkanı olduqda yaranmış aliment borcunu ödəyəcəkdir. Odur ki, barəsində başlanılmış inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs imkanı olmadığından yaranmış borcunu ödəyə bilməmişdir, lakin gələcəkdə ödəyəcəkdir. Ona görə də Şəxs barəsində başlanılmış inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X3 bildirdi ki, X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-926/2019 saylı qətnaməsi ilə Şəxs 2300 (iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün milli manata məzənnəsi və 2280 (iki min iki yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 verilməsi qət edilmişdir.Onu da qeyd etmişdir ki, Şəxs bugünədək borcundan heç bir ödəniş etməmişdir. Hazırda 2300 (iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün milli manata məzənnəsi və 2280 (iki min iki yüz səksən) manat məbləğində borcu qalmışdır. Məhkəmədən borclu Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etdi. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-926/2019 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2300 (iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün milli manata məzənnəsi və 2280 (iki min iki yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər üzrə İcra İdarəsinin icra məmuru Tural İmanovun xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iş üzrə icraata başlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi bildiriş verilmiş və o, həmin bildirişi şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli “xəbərdarlıq”dan və xx.xx.2020-ci il tarixli “sonuncu xəbərdarlıq”dan görünür ki, Şəxs borcunu vaxtında ödəməsi barədə rəsmi xəbərdarlıqlar verilmiş və o, həmin xəbərdarlıq məktublarını şəxsən imza edərək qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, Şəxs icra məmuru tərəfindən ona borcun vaxtında ödənilməsi ilə əlaqədar qanununvericiliyin tələbləri izah edilmiş, o da borcunu imkanı olmadığı üçün ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(044)-926/2019 saylı qətnaməsi ilə Şəxs 2300 (iki min üç yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü üçün milli manata məzənnəsi və 2280 (iki min iki yüz səksən) manat məbləğində pul vəsaitinin tutularaq tələbkar X2 verilməsi qət edilmişdir. Borclu Şəxs X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-926/2019 saylı icra sənədi üzrə heç bir ödəniş etmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Xalq Bank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borculunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyətə cəlb edilirlər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, borclu Şəxs X8 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-926/2019 saylı qətnaməsini üzürlü səbəb olmadan icra etməmişdir. Məhkəmə iclasında Şəxs yaranmış borcunu daimi işi və imkanı olmadığından ödəyə bilmədiyini qeyd etsə də, məhkəmə bu halı üzürlü səbəb hesab etmir. Belə ki, o, məhkəmə qətnaməsini üzürlü səbəblərdən icra etməməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədi. Digər tərəfdən məhkəmə Şəxs uzun müddət borcunu ödəməməsini məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirərək hesab edir ki, işin hallarına görə Şəxs şəxsiyyəti, məhkəmə qətnaməsində göstərilən məbləği ödəməməsi ilə bağlı hər hansı üzürlü səbəb təqdim etməməsi nəzərə alınmaqla, barəsində İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs seçilməli və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2020-ci il saat 16:15-dən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı Şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən 3 (üç) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanVəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına18 (on səkkiz) manat məbləğində pul köçürülməlidir.Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalq Bank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il saat 16:15-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət dövlət büdcəsindən Vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı “Xalq Bank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) hesabına 18 (on səkkiz) manat məbləğində pul köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində X8 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar