Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-302/2020 23.06.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X7, Tələbkar X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X1iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Ermənistan, Vardenis anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, Nizami rayonu, F.Məmmədov küçəsi, ev 43A-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(044)- 2075/2019 saylı icra sənədinə əsasən, cavabdeh Şəxs xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində aliment iddiaçı Yusubova (Vəliyeva) Şəmsiyə Bilal qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs borcunu ödənilməsi tələb edilsə də, icra sənədinin icrası borclu tərəfindən təmin edilməmiş, qərəzli olaraq ödəməkdən boyun qaçırmışdır. Hazırki tarixə borclu Şəxs icra sənədi üzrə 1190 manat aliment borcu vardır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati protokol tərtib etmiş Gəncə şəhəri üzrə icra İdarəsinin icra məmuru X10 bildirdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(044)-2075/2019 saylı icra sənədinin icrası ona tapşırılmışdır. Borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş və qanunverciliyin tələbləri ona izah edilmişdir. Borclu Şəxs icradan boyun qaçıraraq icra sənədində göstərilən borcundan cəmi 630 manat ödəniş etmişdir. Buna görə də borclu Şəxs barəsində xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmişdir. Borclu hazırda məhkəmə iclasında borcundan 300 manat tələbkara ödəmişdir. Borclunun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, “xxxxxxxxxxxxx” MMC-də sürücü işləyir. Karantin dövrü ilə əlaqədar olaraq o, aliment borcunu ödəyə bilməmişdir. İcra sənədi üzrə tələbkara 630 manat ödəniş etmiş, 1190 manat borcu vardır. Hazırda aliment borcundan məhkəmə iclas zalında 300 manat da tələbkara ödəyir və söz verir ki hər ay icra sənədi üzrə borcundan 2020-ci ilin iyul ayının 20sindən etibarən 300 manat ödənişlər edəcəkdir ki yığılmış aliment borcu qurtarsın. Yığılmış aliment borcu qurtardıqdan sonra da hər ay 130 manat aliment borcunu mütəmadi olaraq tələbkara ödəyəcəkdir. Odur ki, məhkəmədən onun barəsində başlanılmış iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X3, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X6, hazırda Şəxs məhkəmə iclas zalında ona 300 manat ödəməsini, hər ay borclunun yığılmış borcundan 300 manat ödəməsinə söz verdiyini və hər ay mütəmadi olaraq aliment borcunu ödəyəcəyinə dair söz verdiyini qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı tələbkar X6 məhkəməyə ərizə təqdim edərək, borclu Şəxs 1190 manat olan aliment borcundan 300 manatını məhkəmə iclasında ona ödənməsini və hər ayın 20-dək ona olan aliment borcundan borcu bitənədək 300 manat aliment ödəməyi öz öhdəsinə götürməyi söz verdiyini bildirmişdir. İnzibati xəta haqqındaişin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqim edərək, tələbkar X4 1190 manat aliment borcundan 300 manatını hazırda məhkəmə iclasında tələbkara təqdim etdiyini, aliment borcu bitənədək hər ayın 20-dək aliment borcundan 300 manat ödəməyi öz öhdəsinə götürməsini və söz verdiyini qeyd edərək barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, onun vəkilinin, tələbkarın izahatlarını dinləyib, tələbkarın və borclunun ərizələrini nəzərdən keçirib, icra işinin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata Şəxs əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(044)-2075/2019 saylı icra sənədi üzrə icraata başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş, xəbərdarlıq və sonuncu xəbərdarlıqlar təqdim edilmişdir. “İcra haqqında” Qanunun 82-ci maddəsində müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İş materiallarından və inzibati icraatın iştirakçılarının məhkəmədə verdiyi izahatlarından müəyyən edilir ki, məhkəmə qətnaməsi icraya yönəldikdən sonra Şəxs icra sənədinin icrasını qismən təmin etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, icra sənədinin icra edilməməsinə səbəb borclunun maddi imkanının olmaması olmuşdur. Borclunun gəlir və qazancının olmaması onu məhkəmə qərarını icra etmək vəzifəsindən azad etməsə də, borclunu onsuz da iş yeri axtarmaq və qazanc əldə etmək məcburiyyətində qoymuşdur. Məhkəmə onu da qeyd edir ki, göründüyü kimi borclu tələbkara olan borcundan ödəməklə məhkəmə qərarının tamamilə icrasız qalmasının qarşısını qismən də olsa almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulmuş, yüngülləşdirilən hallar müəyyən edilmədi. Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulmuş, ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 105.1-ci bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanununverciliyinin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata, əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-302/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-302/2020
23.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver