Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-306/2020 02.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İnzibati protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işləməyən, Gəncə şəhəri, Nizami rayonu, İ.Qayıbov küçəsi, döngə 1, ev 15-də qeydiyyatda olan və yaşayan Şəxs, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri, Çıraqçılar küçəsi ev 62-də yaşayan X3 yaşadığı evin əl damından ona məxsus ümumilikdə 80 manat dəyərində 2 ədəd mis qazanı və 1 ədəd mecmayini oğurlama yolu ilə talamış, bundan başqa o, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev küçəsi ev 46-da yaşayan X4 yaşadığı evdən 80 manat dəyərində bir neçə ədəd yataq dəsti və çay dəsmallarını oğurlama yolu ilə talamış, bundan başqa o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Şahsevənlər küçəsi, 1-ci döngə, ev 25A-da yaşayan X1 yaşadığı evin zirzəmisinə daxil olaraq oradan 1 ədəd 80-90 manat dəyərində qadın ətrini oğurlama yolu ilə talamışdır. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar xx xxxx 2020-ci il tarixdə aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xırda talama, yəni oğurlama yolu ilə özgənin əmlakını talama inzibati xətasını törətməkdə təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin xüsusi hissəsinə nəzərədə tutulan əməllərə görə inzibati məsuliyyət o hallarda yaranır ki, o əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə iclasında iştirak edən inzibati protokolu tərtib etmiş Gəncə şəhəri Nizami RPİ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X16 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, Şəxs, xx xxxx 2020-ci il tarixdə X3 yaşadığı evin əl damından zərərçəkmişə məxsus ümumilikdə 80 manat dəyərində 2 ədəd mis qazanı və 1 ədəd mecmayini oğurlama yolu ilə talamış, daha sonra o, xx xxxx 2020-ci il tarixdə X4 yaşadığı evdən 80 manat dəyərində bir neçə ədəd yataq dəsti və çay dəsmallarını oğurlama yolu ilə talamış, bundan başqa Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində naməlum şəxs Gəncə şəhəri, Şahsevənlər küçəsi, 1-ci döngə, ev 25A-da yaşayan X1 yaşadığı evin zirzəmisinə daxil olaraq oradan 1 ədəd 80-90 manat dəyərində qadın ətrini oğurlama yolu ilə talamasını qeyd edərək, Şəxs barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri, Çıraqçılar küçəsi ev 62-də yaşayan X3 yaşadığı evin əl damından zərərçəkmişə məxsus ümumilikdə 80 manat dəyərində 2 ədəd mis qazanı və 1 ədəd mecmayini oğurlama yolu ilə talamış, bundan sonra o, xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev küçəsi ev 46-da yaşayan X4 yaşadığı evdən 80 manat dəyərində bir neçə ədəd yataq dəsti və çay dəsmallarını oğurlama yolu ilə talamış, daha sonra o, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Şahsevənlər küçəsi, 1-ci döngə, ev 25A-da yaşayan X1 yaşadığı evin zirzəmisinə daxil olaraq oradan 1 ədəd 80-90 manat dəyərində qadın ətrini oğurlama yolu ilə talamışdır. Əməlindən peşmandır, maddi imkanı çox pisdir, himayəsində azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi X5 izahat verərək bildirdi ki, Şəxs törətmiş olduğu əməldən peşmandır, himayəsində azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan polis sahə rəisi, polis leytenantı X13 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş MN № ******* protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri, Çıraqçılar küçəsi ev 62-də yaşayan X3 yaşadığı evin əl damından ona məxsus ümumilikdə 80 manat dəyərində 2 ədəd mis qazanı və 1 ədəd mecmayini xırda talama etmişdir. İş materiallarında olan polis sahə rəisi, polis leytenantı X16 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş MN № ******* protokoldan görünür ki, Şəxs xx xxxx 2020ci il tarixdə Gəncə şəhəri, H.Əliyev küçəsi ev 46-da yaşayan X4 yaşadığı evdən 80 manat dəyərində bir neçə ədəd yataq dəsti və çay dəsmallarını xırda talama etmişdir. İş materiallarında olan polis sahə rəisi, polis mayoru X6 tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş MN № ******* protokoldan görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində Gəncə şəhəri, Şahsevənlər küçəsi, 1-ci döngə, ev 25A-da yaşayan X1 yaşadığı evin zirzəmisinə daxil olaraq oradan 1 ədəd 80-90 manat dəyərində qadın ətrini xırda talama etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin, inzibati protokol tərtib etmiş şəxsin izahatını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs oğurluq edərək xırda talama etmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X9 DİN-in 102 xidmətinə zəng edərək və daha sonra Gəncə şəhər Nizami RPİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə yaşadığı evin əl damından ona məxsus ümumilikdə 80 manat dəyərində 2 ədəd mis qazan və 1 ədəd mecmayi oğurlanmışdır. Həmin fakt əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X10 DİN-in 102 xidmətinə zəng edərək və daha sonra Gəncə şəhər Nizami RPİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə yaşadığı evdən 80 manat dəyərində bir neçə ədəd yataq dəsti və çay dəsmalları oğurlanmışdır. Həmin fakt əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, X7 DİN-in 102 xidmətinə müraciət edərək və Gəncə şəhər Nizami RPİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə yaşadığı evin zirzəmisindən 1 ədəd 80-90 manat dəyərində qadın ətri oğurlanmışdır. Həmin fakt əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İnzibati qaydada tutma haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə görə fıziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə hərəkətindən peşman olduğunu bildirmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsındə nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə Şəxs törətdiyi əməlləri etiraf etməsini, əməllərindən səmimi peşman olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda gostərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-306/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-306/2020
02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver