Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-306/2022 22.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, şikayətçi X2 iştirakı ilə, 20.02.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair X2 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Baş Dövlət Yol Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş 20.02.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizəni müdafiə edərək bildirmişdir ki, o, “Vətən Müharibəsi” iştirakçısı olmaqla, “qazi” kimi tərxis olunmuş, müharibə zamanı başından travma almışdır. “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. O, Gəncə şəhərində istifadəsində olan **-TA-*** dövlət qeydiyyat markalı avtobusu idarə edərkən DYPŞ-nin əməkdaşları tərəfindən ona Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə İXP ******* saylı 20.02.2022-ci il tarixli protokol tərtib edilərək, 100 manat məbləğində cərimə edilmişdir. Həmin cərimə qanunsuz yazılmışdır. Çünki o, başından aldığı xəsarətə görə onda nəfəs darlığı yaranmış, maskanı çıxardaraq dərindən nəfər almış, üzünü silmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq maskanı istifadə etmədiyi üçün protokol yazmışlar. O, polis əməkdaşlarına qazi olduğunu, aldığı xəsarətə görə nəfəs darlığı yarandığını bildirsə də, polis əməkdaşları bunu nəzərə almamış, onun bir neçə saniyəlik maskanı aşağı salmasını pozuntu kimi qey etmişlər. Sonda o, müharibədə aldığı xəsarətə görə səhhətində yaranmış problemlə əlaqədar bir neçə saniyəlik maskanı aşağı salmasını nəzərə alıb 20.02.2022-ci il tarixli, İXP ******* nömrəli protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Gəncə şəhər DYPŞnin inspektoru X4 bildirmişdir ki, X1 daşıma avtobusunu idarə edərkən uzun müddət tibbi maskadan istifadə etməmiş, bununla bağlı video görüntü də var, buna görə də barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclası təxirə salınarsa o, video görüntünü və sübutları məhkəməyə təqdim edəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı X2 avtobusda tibbi maskadan istifadə etməməsi öz təsdiqini tapmamışdır. Belə ki, 20.02.2022-ci il tarixdə X3 idarə etdiyi avtobusda, sadəcə olaraq, müharibədə aldığı xəsarətdən nəfəs darlığı yarandığı üçün bir neçə saniyəlik maskasını aşağı salaraq dərindən nəfəs almış, üzünü silmişdir. Onun uzun müddət və ya ümumiyyətlə tibbi maskadan istifadə etməməsi ilə bağlı sübutları inzibati protokolu tərtib etmiş Rauf Quliyev məhkəməyə təqdim edəcəyini bildirsə də, sonuncu növbəti məhkəmə iclasına gəlməmiş və hər hansı sübutları məhkəməyə göndərməmişdir. Həmçinin inzibati protokolda Rza Məmmədovun ümumiyyətlə maska taxmamasını görən şahidlər qeyd edilməmiş, şahidlərin izahatları alınmamışdır. Hansı ki, həmin hal işin düzgün həlli üçün olduqca əhəmiyyətlidir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 100.1.1-100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Məhkəmədə işə baxılarkən X2 avtobusda ümumiyyətlə tibbi maskadan istifadə etməməsi müəyyən olunmamış, o, müharibə zamanı aldığı xəsarətlərə görə səhhətində nəfəs darlığı yarandığı üçün maskanı bir neçə saniyəlik aşağı salmışdır. Bununla da X3 tərəfindən inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, X3 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş 20.02.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində tərtib edilmiş 20.02.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-306/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-306/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver