Məhkəmə qərarları › İş №3(044)-307/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-307/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-307/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair 07 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Göygöl Rayon Polis Şöbəsinin 07 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X3 Rayon Polis Şöbəsinin 07 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı X8 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, Odur ki, Göygöl Rayon Polis Şöbəsi 07 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qərarı barəsində şikayət verilmiş Göygöl Rayon Polis Şöbəsinə 18.04.22-ci il tarixdə və 28.04.2022-ci il tarixlərdə işə baxılmanın yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərarı barəsində şikayət verilmiş Göygöl Rayon Polis Şöbəsinin nümayəndəsi olmadan inzibati xəta haqqından iş üzrə qərardan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin izahatını və qərarı, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsi haqqında Göygöl Rayon Polis Şöbəsinin 07 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Belə ki, işdə olan 07 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Göygöl Rayon Polis ŞöbəsininİTB-nin baş leytenantı X6 Göygöl Rayonunun Üçtəpə kəndində nənəsini yas mərasimini təşkil etdiyi üçün protokol tərtib olunmuşdur. İşdə olan Göygöl Rayon Polis Şöbəsinin 07.02.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən əgər etiraz etmə işin mahiyyəti üzə baxılamsına mane olursa, özü-özünə etiraz etmə və ya işə baxan hakimə, vəzifəli şəxsə, yaxud kollegial orqanın üzvünə etiraz etmə barədə ərizə daxil olduqda, mütəxəssisə, ekspertə və ya tərcüməçiyə etiraz etmə işin mahiyyəti üzrə baxılmasına mane olduqda, işdə iştirak edən şəxsin gəlməsi və ya əlavə sənədlərin tələb olunması, yaxud eksperizanın təyin edilməsi vacib olduqda, işə baxılmanın başqa vaxta keçirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında müəyyən etdi ki, qərarı barəsində şikayət verilmiş səlahiyyətli orqan tərəfindən işə baxılmasının yeri və vaxtı barədə X7 rəsmi məlumat verilməmişdir. Belə ki, inzibati xəta haqqında işə 07.02.2022-ci il tarixdə baxılmasına dair Göygöl Rayon Polis Şöbəsi tərəfindən 5 gün qalmış rəsmi məlumat verilməli olduğu halda, X7 məlumat verilməmişdir. Göründüyü kimi protokol tərtib edilyi gün X4 məlumatı olmadan qərar çıxarılmışdır. Səlahiyyətli orqan işə baxılması barədə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, 07 fevral 2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş Tahir Babayevin əməlində inzibati xəta tərkibi olsa da, lakin səlahiyyətli orqan (vəzifəli şəs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə X5 iştirakı olmadan baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, X5 barəsində 07 fevral 2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslı olmasına baxmayaraq, həmin protokol əsasında Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə X5 inzibati cərimə edilməsinə dair 07 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar Azərbaycan Respublikası İXM-in tələblərinin əhəmiyyətli dərəcədə pozulması zamanı qanunsuz olaraq qəbul edilmişdir. Belə olan halda, Göygöl Rayon Polis X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair 07 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati xəta haqqında qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, vəzifəli şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsi haqqında Göygöl Rayon Polis Şöbəsinin MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində inzibati cərimə edilməsi haqqında Göygöl Rayon Polis Şöbəsinin 07 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı ləğv edilsin. X5 barəsində Göygöl Rayon Polis Şöbəsinin 07 fevral 2022-ci il tarixdə tərtib edilmiş, MN ******* nömrəli inzibati xəta haqqında protokol yenidən baxılması üçün Göygöl Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar