Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-310/2020 10.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi fəaliyyətlə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 5-ci küçə, ev 107A-da qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsinə dair xx.xx.2020-ci il tarixli, MN №0154854 saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Bağbanlar küçəsində gedərkən Azərbaycan Respublikasının ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozmuş, həmçinin polis işçisi ona yaxınlaşıb karantin rejiminin tələblərini icra etməsini ona bildirərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Bağbanlar küçəsində gedərkən xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisində tətbiq edilən hərəkət məhdudiyyəti ilə bağlı xüsusi karantin rejimi zamanı yaşayış yerini tərk edib şəhərə çıxmaq barədə icəzəsinin olub-olmadığını müəyyən etmək üçün polis əməkdaşı ona yaxınlaşmış, bu zaman polis əməkdaşına evdən çıxması barədə icazəsinin olmadığını bildirmişdir. Polis əməkdaşı xüsusi karantin rejimi zamanı icazəsi olmadan yaşayış yerini tərk edib şəhərə çıxmasının qadağan olunduğunu bildirdikdə o, öz narazılığını bildirərək polis əməkdaşı ilə mübahisə etmişdir. Bu zaman polis əməkdaşı onu polis idarəsinə dəvət edərkən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamış, öz hərəkətlərinə davam etmiş, xüsusi karantin rejiminin tələblərini pozmuşdur. Məhkəmə iclasında şahid qismində izahat verən X1 göstərmişdir ki, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin PolisBölməsində polis sahə rəisi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Nizami rayon Polis Bölməsinin baş əməliyyat müvəkkili X3 ilə birlikdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati ərazisində xidmətdə olarkən Bağbanlar küçəsində bir nəfər şəxsin yolun kənarı ilə getməsini görüb ona yaxınlaşıb özlərini təqdim edib xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisində tətbiq edilən hərəkət məhdudiyyəti ilə bağlı yaşayış yerini tərk edib şəhərə çıxmaq barədə icəzəsinin olub-olmadığını soruşarkən adı sonradan onlara məlum olan Şəxs evi tərk edib şəhərə çıxması barədə icazəsinin olmadığını, icazəsi olmadan şəhərdə gəzəcəyini bildirmişdir. Onlar Şəxs sakitləşməsini dəfələrlə xahiş etsələr də, sonuncu yenə də öz narazılığını bildirərək onlarla mübahisə etmişdir. Bu zaman onlar Şəxs polis idarəsinə dəvət edərkən onların qanuni tələblərinə məhəl qoymamış və öz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 göstərmişdir ki, Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin PolisBölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Onun vəzifəsi ictimai asayişin qorunmasından, ictimai təhlükəsizliyi təmin etməkdən, cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Nizami rayon Polis Bölməsinin polis sahə rəisi X1 ilə birlikdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati ərazisində xidmətdə olarkən Bağbanlar küçəsində tanımadıqları bir nəfər şəxsin yolun kənarı ilə getməsini görüb ona yaxınlaşıb özlərini təqdim edib xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisində tətbiq edilən hərəkət məhdudiyyəti ilə bağlı yaşayış yerini tərk edib şəhərə çıxmaq barədə icəzəsinin olub-olmadığını soruşarkən adı sonradan onlara məlum olan Şəxs evi tərk edib şəhərə çıxması barədə icazəsinin olmadığını, icazəsi olmadan şəhərdə gəzəcəyini bildirmişdir. Onlar Şəxs xüsusi karantin rejimi zamanı icazəsi olmadan yaşayış yerini tərk edib şəhərə çıxmasının qadağan olunduğunu bildirdikdə sonuncu öz narazılığını bildirərək onlarla mübahisə etmişdir. Onlar Şəxs sakitləşməsini dəfələrlə xahiş etsələr də, sonuncu yenə də öz narazılığını bildirərək onlarla mübahisə etmişdir. Bu zaman onlar Şəxs polis idarəsinə dəvət edərkən onların qanuni tələblərinə məhəl qoymamış və öz hərəkətlərinə davam etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında iştirak edən şahidlərin izahatı və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, Bağbanlar küçəsində gedərkən Azərbaycan Respublikasının ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozmuş, həmçinin polis işçisi ona yaxınlaşıb karantin rejiminin tələblərini icra etməsini ona bildirərkən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsə haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs təyin ediləcək inzibati tənbeh məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyası daxilində şəxsiyyətinə uyğun inzibati həbs növündə ədalətli tənbeh təyin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(044)-310/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-310/2020
10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver