Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-310/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X4 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X4 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 13.02.2021-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev parkında, gölün qırağında hava soyuq və nəmişli olduğu üçün maskası islandığından üzü tərləmiş və maskanı bir dəqiqəlik üzündən çıxarmışdır. Gölün kənarından getdiyi zaman bir nəfər polis ona yaxınlaşaraq özünü təqdim etmədən kobudcasına üzündə niyə maskanın olmadığını soruşmuşdur. O, hal-hazırda üzündə maska olduğunu, biraz əvvəl üzü tərlədiyi üçün maskanı bir dəqiqəlik çıxardığını söyləmişdir. Polis nəfəri isə onun nəzarət kamerasına düşdüyünü və ona cərimə yazacağını bildirərək, qolundan tutub kobud rəftar edərək şöbəyə aparmışdır. X1 guya maskasız olduğu üçün ondan protokola qol çəkməyini istəmiş, X5 isə nəzarət kamerasına baxmağı tələb etmişdir. Lakin onun sözünə məhəl qoyulmayaraq X7 oğluna protokola qol çəkmədən 100 manat cərimə yazmışlar. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X4 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 şikayət ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokolu və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sənədlərə əsaslanaraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şikayət ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində 13.02.2021-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev parkında tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozması ilə əlaqədar protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 ( yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində həmin inzibati xətanı törətməyə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati xəta haqqında işin materialları ilə müəyyən edilmişdir ki, X2 barəsində 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o, 13.02.2021-ci il tarixdə Gəncə şəhəri, Heydər Əliyev parkında tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə araşdırması zamanı X2 tibbi maskadan istifadə etməməsinə dair hər hansı sübutlar müəyyən olunmamış, onun həmin inzibati xətanı törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından və işin hallarından göründüyü kimi, qeyd edilən inzibati xətanın törədilməsinə dair hər hansı hallar mövcud olmamışdır. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarında göstərilmiş inzibati xətanın törədilməsi heç bir sübut növü ilə təsdiq edilməmiş və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublkası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şikayəti təmin edilməklə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis Bölməsinin 13.02.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №3(044)-310/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-310/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver