Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-311/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakları ilə, Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X1 şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən dayanma-durma qadağan edici nişanın olmadığı yol kənarında park etdiyi **-RZ-*** d.q.n Kia-Optima markalı avtomobilin avtobus dayanacağına 15 metrdən az olan məsafəni bildirən əsaslı faktı təqdim etmədən, dayanacaqdan nəqliyyat vasitəsinə qədər olan məsafə yolunu göstərmədən əsassız olaraq inzibati xəta törətdiyinə görə İXM-nin 346.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 ərizənin məzmununa uyğun izahat verərək, Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxti və yeri qaydada lazımi qaydada xəbardar edilmiş Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş qərarı nəzərdən keçirib, şikayət vermiş şəxsin izahatını dinləyib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında elan edilmiş və şikayətçi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında elektron qərardan görünür ki, sürücü X2 barəsində inzibati xəta haqqında elektron qərar ona görə tərtib olunmuşdur ki, o, İXM-nin 346.2-ci maddində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçinin dəlilləri ondan ibarətdir ki, o dayanacaqla avtomobil arasında olan 15 metrlik məsafəni qoruyub saxlamışdır. Məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Dövlət Yol Polis İdarəsinin bort kompyuter vasitəsilə çəkilmiş fotoşəkildən görünür ki, **-RZ-*** dövlət qeydiyyat nişanlı Kia Optima minik markalı avtomobil dayanacağın yaxınlığında dayanmışdır. Azərbaycan Respublikası “X5 Qanununun” 52-ci maddəsinin 7-ci bəndinin məzmunundan görünür ki, dayancaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması qadağandır. İş materiallarından göründüyü kimi X2 dayanacaqdan 15 metr kənarda avtomobili saxlamaq üçün kifayət qədər imkanı olsa da qaydalara riayət etməmiş və bununla da yol hərəkəti iştirakçılarına maneələr yaratmışdır. Ona görə də barəsində haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında qərar qəbul edilmişdir. Bundan başqa da məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “X5 Qanununun” 52-ci maddəsinin İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. İş materiallarında fotoşəkillərdən isə müsəyyən edilir ki, X3 avtomobili yolun hərəkət hissəsində saxlamış və bir cərgə qaydasına da riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat miqdarında cərimə edilir. Göründüyü kimi, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin dispozisiyasında göstərilmiş hal mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X2 ərizəsi üzrə xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında elektron qərarın qanunsuz olması və inzibati qərarın ləğv edilməsi üçün əsasların olması müəyyən olunmadı, ərizəçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmadı. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında qərarın ləğv olunmasına dair ərizə (şikayəi) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-311/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-311/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver