Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-314/2020 17.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs–Şəxs, İnzibati protokol tərtib etmiş şəxs-Gəncə şəhər Nizami RPİ-nin İTB-nin rəisi polis baş leytenantı X3 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Gəncə şəhəri, Kəpəz rayonu, İ.İsmayılzadə küçəsi, ev 58-də qeydiyyatda olan, X6 qəsəbəsində yaşayan Şəxs barəsində Gəncə şəhər Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir ona görə ki, o xx.xx.2020-ci ildə ** XZ *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomaşının sürücüsü DYPŞ-nin rəisi Rəhim Zalovun içərisində olan avtomaşının qarşısında təhlükəli manevrlər edib, daha sonra maşını kənara çəkib DYPŞ-nin rəisinə qarşı nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona yaxınlaşmış və onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Gəncə şəhər Nizami RPİ-nin İTB-nin rəisi polis baş leytenantı X4 protokolda göstərilən xüsusatlara uyğun izahat verərək göstərdi ki, xx.xx.2020-ci ildə ** XZ *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomaşının sürücüsü Atatürk pr., Xan Bağının yanında DYPŞ-nin rəisi Rəhim Zalovun içərisində olan avtomaşının qarşısında təhlükəli manevrlər edib, əl qol jestləri etmişdir və DYPŞ-nin rəisinə qarşı nalayiq ifadələr işlətmişdir. Onlar, onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə məhəl qoymamışdır. Ona görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə idarə etdiyi ** XZ *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomobili ilə Gəncə şəhəri Atatürk prospekti ilə hərəkətdə olan zaman DYP maşını qarşısına çıxdığını və həmin maşını heç bir təhlükəli manevr etmədən ötüb keçmiş və saxla əmri verildikdən sonra o maşını saxlamışdır. Ondan polis əməkdaşları maşını Dövlət Yol Polisi Şöbəsinin duracağına aparılması olmasını bildirdikdə o buna etiraz etmişdir. O isə biraz əvvəl 40 azn inzibati qaydada cərimə tətbiq olunduğunu və maşını cərimə meydançasına aparmayacağını bildirmişdir. Bu səbəbdən də, DYPX-nin əməkdaşları onu Nizami rayon Polis İdarəsinə aparmışlar. O, əməlindən səmimi peşman olmasını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 izahatında göstərdi ki, o xx.xx.2020-ci il tarixdə ekipaj yoldaşı ilə Gəncə şəhəri Atatürk prospektində xidmətdə olarkən ** XZ *** dövlət qeydiyyat nişanlı, VAZ 2107 markalı avtomaşının sürücüsü DYPŞ-nin rəisi Rəhim Zalovun içərisində olan avtomaşının qarşısında təhlükəli manevrlər edib, əl qol jestləri etmişdir və DYPŞnin rəisinə qarşı nalayiq ifadələr, o cümlədən əl jestləri etmişdir. Onlar, onu nizam-intizama dəvət etsələr də o polisin qanuni tələbinə məhəl qoymamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək, eyni zamanda onun inzibati icraat zamanı verdiyi qismən etiraf edici izahatını iş üzrə toplanmış digər sübutlarla qiymətləndirərək, inzibati protokol tərtib etmiş şəxsi dinləyib hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun tələbindən də göründüyü kimi o halda şəxs qeyd edilən maddə ilə inzibati məsuliyyətə cəlb edilir ki, tələb edən şəxs polis əməkdaşı olmalı və onun tələbi qanuni olmalıdır. Tələb edən şəxslərin polis əməkdaşları olması işin halları ilə, o cümlədən inzibati xəta törətmiş şəxsin məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır. O cümlədən də polisin tələbinin qanuni olub-olmaması ilə bağlı da məhkəmə onu qeyd edir ki, iş materialları ilə, o cümlədən inzibati xəta törətmiş şəxsin izahatı ilə də müəyyən edilir ki, Şəxs dayanm-durma qaydalarını pozduğuna görə 40 manat məbləğində inzibati cərimə edilmiş, eyni zamanda o DYPş-nin əməkdaşlarının hərəkətdə olan avtomobillərini yol hərəkət qaydalarının pozulması ilə ötmə əməliyyatı həyata keçirmiş, polis əməkdaşlarının saxla əmrinə riayət etsə də, o maşını duracağa aparmaqdan imtina edərək, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi. ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs həbslə bağlı olmayan, cərimə növündə inzibati tənbehin verilməsinə dair dəlillərinə də hüquqi qiymət verərək onu qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhz bu baxımdan məhkəmə onu qeyd edir ki, həbslə bağlı olmayan inzibati tənbehin verilməsi ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə zidd olmaqla, həmin tənbehin qəbul edlməsi inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə də uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növü kimi inzibati həbs seçilməli və həbsin əvvəli xx xxxx 2020-ci il, saat 19:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51,61,73,114,128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh edilsin. İnzibati həbsin əvvəli xx xxxx 2020-ci il, saat 19:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis X1rın Saxlama məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-314/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-314/2020
17.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver