Məhkəmə qərarları › İş №3(044)-318/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-318/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-318/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri, N.Gəncəvi küçəsində yerləşən “Aliyə” gözəllik salonunun sahikbarı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Aliyə” gözəllik salonunun sahikbarı Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması həyata keçirilmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və aiddiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, “Aliyə” gözəllik salonunun sahikbarı Şəxs açıq məkanda icazə olmadan reklam yerləşdirmiş, bu əmələ görə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən verilmiş sənədləri nəzərdən keçirib, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, “Aliyə”gözəllik salonunun sahikbarı Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati icraat qanunun tələblərinə uyğun başlanılmış və Şəxs AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, “Aliyə” gözəllik salonunun sahikbarı Şəxs müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması həyata keçirmişdir. Bu əmələ görə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatdan keçmiş, o “Aliyə” gözəllik salonunun sahikbarı olaraq müvafiq icazə olmadan açıq məkanda reklam yayımlanması həyata keçirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilmişdir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə işin hallarını nəzərər alaraq, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası həddində tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə və Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar