Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-320/2022 21.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Yediyarova Zeynəb Fərman qızının katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinin 28 mart 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan və 28.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinin polis kapitanı X7 tərəfindən tərtib edilmiş 28 mart 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 28.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin protokolun və qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X6 26 mart 2022-ci il tarixdə səhər saat 09 radələrində Gəncə şəhərində X12 prospektində yerləşən yeni tikilmiş bazarın (Ticarət Mərkəzinin) daxilində asfalt yolla mülkiyyətində olan “Mersedez Benz” markalı, ** GD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkan yol kəsişməsində X2 idarə etdiyi “Hundai Sonata” markalı, ** BX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Gəncə şəhəri Baş Polis İdarəsinin X13 Şöbəsi tərəfindən araşdırma aparılmış və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, barəsində çıxarılmış inzibati qərar əsassızdır. Araşdırma aparan polis orqanı hesab etmişdir ki, o, yol ayrıcı keçmə qaydalarını pozmuşdur. Belə ki, hadisə baş verdiyi yol ayrıcında həm onun hərəkət etdiyi,. həm də X3 hərəkət etdiyi küçədə heç bir yol nişanı yoxdur. Asfalt örtüyündə də nişanlanma işarələri yoxdur. Hadisənin əsas səbəbi də budur. Bundan başqa yol kənarları tikinti ilə örtülü olduğundan yol ayrıcına yaxınlaşarkan digər yolda hərəkətin olub-olmamasını görmək mümkün deyildir (hadisənin kamera görüntüləri də məhkəməyə təqdim ediləcək). Bu səbəbdən də hesab edirki, onun hərəkət etdiyi yol daha genişdir, digər iştirakçı Ənvər Həsənov isə dar bir yardımçı, ikinci dərəcəli küçədən surətlə çıxmış və onun avtomobilini vuraraq hadisə törətmişdir. Odur ki, bu yol nəqliyyat hadisəsində onun təqsiri yoxdur. Ənvər Həsənov hadisəni törətməkdə təqsirlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı nəzərdən keçirib, şikayətçinin izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X4 barəsində tərtib edilmiş 28.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X4 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X4 təqsiri təsdiq olunur. Beləliklə də, X4 barəsində tərtib edilmiş 28.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinin 28 mart 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun və 28.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinin 28 mart 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun və 28.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin X14 Şöbəsinin 28 mart 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu və 28.03.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-320/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-320/2022
21.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver