Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-321/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, Quliyeva Günay Ələstun qızının katibliyi, Şikayət vermiş şəxs X1, Gəncə şəhər DYPŞ-nin polis serjantı Nümayəndə Mübariz oğlunun iştirakı ilə, X1 17.03.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İXM ******* saylı protokola Gəncə şəhər DYPŞ tərəfindən çıxarılmış 17 Mart 2022-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi məhkəmədə ərizəsini onunla əsaslandırılmışdır ki, 17 mart 2022-ci il tarixdə Vəli Xuluflu 98 də ona məxsus Mersedes-Benz markalı avtomobili ilə hərəkət edərkən saat 09:50 radələrində Gəncə şəhər DYPŞ polis seryantı Nümayəndə tərəfindən saxlanılaraq barəsidə İXM ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun “X3” Azərbaycan Respublikasının Qanununu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmiş, o, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamışdır. Protokola etirazı olduğu üçün Gəncə şəhər DYP idarəsinə dəvət edilmiş, orada o, şifahi şəkildə öz şikayətini izah etsə də, əsaslandırmaya heç bir qanuni istinad göstərmədən, öz versiyalarını əsasız şəkildə sübuta yetirərək “X3” Qanununun 327.2.-ci maddəsinin tələblərini pozmaqla 60 manat məbləğində cərimə edilməyi ilə balğı qərar çıxarılmışdır. Belə ki, həmin ərazidə ondan qabaq hərəkətdə olan avtomobillərdə məlum olmayan şəxslər və avtomobillər tərəfindən yolun bağlı olduğunu görərək qoşa xətti tapdalayaraq hərəkətlərinə davam etmişlər. Həmin ərazidə durmaq olmaz nişanı var DYP əməkdaşları bu nişanın məlum olmayan avtomobillər tərəfindən pozulmasına şərait yaradır və avtomobillər qoşa xətti tapdalamasına səbəb olur. Sonda o, şikayətinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər DYPŞ-nin polis serjantı Nümayəndə Mübariz oğlu bildirdi ki, 17 mart 2022-ci il tarixdə Vəli Xuluflu 98-də yol bağlı olduğu üçün tıxac yaranmış şikayətçi həmin vaxt polis avtomobilinin qabağında hərəkətdə olmuş, onun təhlükə işığı yanılı olmadan, qoşa xətti keçdiyi üçün sonuncunun barəsində protokol tərtib edilmişdir. Həmin vaxt onlar təhlükəsizlik kamerasının görüntülərini sürücüyə təqdim etmişlər, lakin hadisədən iki ay keçdiyi üçün həmin görüntülər silinmiş məhkəməyə təqdim edə bilmirlər. Sonda o, şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan 17.03.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, X2 İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki şikayətçi X1 inzibati xəta törətməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, onun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmədə Gəncə şəhər DYPŞ-nin polis serjantı Nümayəndə Mübariz oğlu izahatında bildirmişdir ki, İXP ******* saylı protokolun tərtib edildiyi tarixdən 2 aydan artıq müddət keçdiyi üçün görüntünü əldə etmək mümkün deyildir. Həmçinin məhkəmənin sorğusunda X4 oğlu barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokol, həmin protokol əsasında 17.03.2022-ci il tarixli, TP ******* saylı tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin inzibati xətanı qeydə almış xüsusi texniki vasitənin çəkdiyi foto və ya video görüntülərin (həmin xüsusi texniki vasitənin qanunda nəzərdə tutulmuş göstəriciləri qeyd olunmaqla) məhkəməyə göndərilməsi tələb edilsə də, həmin göstəricilər məhkəməyə təqdim edilməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən işin faktiki hallarından göründüyü kimi İlkin Bağırov inzibati xəta hadisəsi törətməsini təsdiq edəcək sübutlar məhkəməyə təqdim edilməmiş, belə ki, inzibati xətanın görüntüsü ən azı 3 ay saxlanılmalı olduğu halda, 17 mart 2022-ci il tarixdə baş vermiş inzibati xətanın görüntüsünü 10.05.2022-ci il tarixdə, yəni 1 ay 23 gün sonra əldə etmək mümkün olmamışdır. Bununla da X2 tərəfindən hansı inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş 17.03.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X2 barəsində tərtib edilmiş 17.03.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-321/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-321/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver