Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-322/2020 27.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Təbriz küçəsində müəyyən olunmuş yerdə karantin rejimini pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis mayoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə polis əməkdaşı X7 şəhəri Təbriz küçəsində adı sonradan məlum olan vətəndaş Şəxs yaxınlaşaraq özünü təqdim etdikdən sonra ona karantin rejimi ilə əlaqədar icazəsi olub olmamasını soruşmuşdur. Vətəndaş Şəxs əsəbi halda ona heç bir icazəsi olmadığını bildirərək ucadan səs-küy salmışdır. Polis əməkdaşı Elnur Əliyev sonuncunu sakitləşdirərək protokol tərtib edilməsi üçün polis bölməsinə dəvət etmiş, lakin Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə yaşadığı evdən şəxsi işi ilə əlaqədar çıxmışdır. O, Gəncə şəhəri Təbriz küçəsində yol ilə gedərkən ona polis əməkdaşı yaxınlaşaraq özünü təqdim etdikdən sonra karantin rejimi ilə əlaqədar sms icazəsinin olub-olmamasının soruşmuş, həmin vaxt o, çox əsəbi olduğu üçün icazəsinin olmadığını və maskadan istifadə etməyəcəyini deyərək səs küy salmış, polis əməkdaşı onu nizam-intizama dəvət edərək protokol tərtib edilməsi üçün polis bölməsinə dəvə etmiş, lakin o, polisin qanuni tələblərinə riayət etməmişdir. Hazırda o, etdiyi hərəkətlərdən peşmandır və bir daha belə hərəkətlər etməyəcəyinə söz verir. Sonda ona yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ PPXT-nin polis serjantı X3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri Təbriz küçəsində xidmət apararkən adı soyadı sonradan məlum olan Şəxs yaxınlaşaraq özünü təqdim etmiş və ona karantin rejimi ilə əlaqədar icazəsi olub-olmaması barədə soruşmuşdur. Vətəndaş Şəxs əsəbi halda ona heç bir icazəsi olmadığını bildirərək, uca səslə səs-küy salmışdır. O, Şəxs nizam-intizama dəvət edərək protokol tərtib edilməsi üçün polis bölməsinə getməli olduğunu bildirsə də, sonuncu polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra o, köməyə post patrul xidmətinin əməkdaşlarını çağıraraq Şəxs Gəncə şəhəri Nizami RPİ-nə gətirib təhvil vermişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 15:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər Azərbaycan Respublikasının İXM-nin 211.1 və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs karantin rejimi qaydalarını pozması və polis içisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Şəxs eyni vaxtda öz hərəkətləri ilə İXM-in iki müxtəlif maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən məhkəmə İXM-in 34.2-ci və 34.3-cü maddələrini hazırkı işin baxılmasında tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini aöırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli Şəxs tutulduğu xx.xx.2020-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-322/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-322/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver