Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-325/2021 23.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami Rayon Polis Bölməsinin sahə rəisi X2 iştirakı ilə, Gəncə şəhəri Nizami rayon Polis Bölməsində Azərbaycan Respublikası İXM-nin 211.2-cı maddəsi ilə tərtib edilmiş 14 iyun 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 onun barəsində Gəncə şəhər Nizami rayon Polis Bölməsində tərtib edilmiş 14 iyun 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdılr ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. O, evinin qapısından bir neçə addım aralanmışdır. Buna görə onun barəsində protokol tərtib edilməsinin hüquqi əsası yoxdur. Əgər o, evindən müəyyən məsafədə aralanmış olsa idi barəsində tərtib edilmiş protokol əsaslı ola bilərdi. Ancaq o, evinin qapısından çox aralanmadığı üçün, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkibi olmadığı üçün barəsində Gəncə şəhər Nizami rayon Polis Bölməsində barəsində tərtib edilmiş 14 iyun 2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməli, inzibati xəta üzrə icraata xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında şikayəti müdafiə edərək, Gəncə şəhəri Nizami rayon Polis Bölməsində Azərbaycan Respublikası İXM-nin 211.2-cı maddəsi ilə tərtib edilmiş 14 iyun 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Nizami Rayon Polis Bölməsinin sahə rəisi X3 bildirdi ki, 14 iyun 2020-ci il tarixdə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib etmiş və həmin tarixdə 14 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əlavə olaraq bildirdi ki, X7 tibbi maskadan istifadə etmədiyinə görə şəxsən onun tərəfindən poliş bölməsində X4 barəsində inzibati xəta haqqında protolkol tərtib edilmiş, hətta X7 protokola imza etməkdən imtina etmiş və bu barədə 14.06.2020-ci tarixdə növbətçi hissədə növbədə olan məsul növbətçi Nuru Məmmədov və onun tərəfindən protokol tərtib edilmişdir. X4 şikayətinin əsassız olması səbəbindən rədd edilməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxs X4 və Gəncə şəhər Nizami rayon Polis Bölməsinin sahə rəisi X2 izahatını dinləyərək, şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş 14 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən onun barəsində həmin tarixdə protokol tərtib edilmiş, eyni zamanda həmin tarixdə 14 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş 14.06.2020-ci il tarixli raportdan görünür ki, X7 epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozduğundan o, Gəncə şəhər Nizami rayon Polis idarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06.05.2021-ci il tarixli 3(104)-173/2021 saylı qərarından görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 07 aprel 2021-ci iol tarixli, 3(044)-325/2021-ci il saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə şikayətin dəlillərini əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Gəncə şəhər Nizami Rayon polis Bölməsinin polis sahə rəisi X3 X1 barəsində inzibati xəta haqqında protokol tərtib etməkdə haqlı olmuşdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 məhkəmə iclasında verdiyi izahatında da bildirmişdir ki, polis əməkdaşı onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərkən o, evindən kənara getmiş və “epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. İşin faktiki hallarından göründüyü kimi, X4 əməlində “epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması” inzibati xətasının tərkib əlamətlərinin olması onun məhkəmə iclasında verdiyi özünün etirafedici izahatı, işə əlavə edilmiş inzibati xəta haqqında protokolla, raportla öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş 14 iyun 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X4 barəsində Gəncə şəhər Nizami Rayon polis Bölməsinin polis sahə rəisi polis mayoru Elşən Allahverdiyev 14 iyun 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 14 iyun 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Gəncə şəhəri Nizami rayon Polis Bölməsində Azərbaycan Respublikası İXM-nin 211.2-cı maddəsi ilə tərtib edilmiş MN ******* saylı 14 iyun 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X4 ərizəsi (şikayəti) təmin edilməsin. Gəncə şəhəri Nizami rayon Polis Bölməsində Azərbaycan Respublikası İXM-nin 211.2-cı maddəsi ilə tərtib edilmiş MN ******* saylı 14 iyun 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-325/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-325/2021
23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver