Məhkəmə qərarları › İş №3(044)-326/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-326/2020

02.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-326/2020 02.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Nizami rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində ucadan səs-küy salmaqla polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər Nizami RPİ-nin İTB-in polis sahə rəisi, polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları Piran Rüstəmov və Amil Əliyev xidmətdə olarkən karantin qaydalarının yoxlanması ilə əlaqədar Atatürk prospektində “95 Aptek”in qarşısında dayanmış BMW markalı avtomobilə yaxınlaşıb özlərini Şəxs təqdim edərək icazəsinin olub-olmamasını soruşmuş və sənədlərini tələb etmişlər. Sənədlər yoxlanarkən polis əməkdaşları avtomobilin üzərində olan 10VB123 dövlət qeydiyyat nişanının həmin avtomobilə aid olmadığını görərək ora DYP əməkdaşı çağırmışlar. Həmin vaxt Şəxs ucadan səs-küy salaraq polis əməkdaşlarına etiraz etmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 13:00 radələrində o, dostuna məxsus BMW 535 markalı avtomobillə Atatürk prospektində olarkən polis əməkdaşları onu saxlayıb yaxınlaşaraq sənədlərinə baxdıqda avtomobilin üzərindəki 10VB123 dövlət qeydiyyat nişanın həmin avtomobilə aid olmadığını görmüşlər. O, həmin dövlət qeydiyyat nişanının özünə məxsus “Niva” markalı avtomobilə aid olduğunu, hazırda dostuna məxsus avtomobilin üzərinə bağladığını bildirmişdir. Polis əməkdaşları ora DYP əməkdaşı dəvət edərək onu polis idarəsinə dəvət etmişlər. Bu zaman o, əsəbləşərək polis əməkdaşları ilə mübahisə edərək tabesizlik göstərmiş, bundan sonra onu polis idarəsinə aparmışlar. O, etdiyi əməldən çox peşmandır, gələcəkdə bir də belə hərəkətlərə yol verməyəcəkdir. Sonda o, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin CAİ-nin kiçik inspektoru, polis serjantı X3 izahatında bildirmişdir ki, o, Şəxs şəhər sakini kimi əvvəllərdə görmüşdür. O, xx.xx.2020-ci tarixdə polis əməkdaşı Amil Əliyevlə birlikdə xidmətdə olarkən Atatürk prospektində “95Aptek”in qarşısında dayanmış BMW markalı avtomobilin sürücüsünə yaxınlaşaraq karantin rejimində küçəyə çıxmaq üçün icazəsinin olubolmamasını aydınlaşdırmaq məqsədi ilə sənədlərini tələb etmişdir. Sənədlər yoxlanarkən avtomobilin üzərindəki 10VB123 dövlət qeydiyyat nişanının həmin avtomobilə məxsus olmadığı müəyyən edilmiş və onlar ora DYP əməkdaşı dəvət edərək sürücü Şəxs polis idarəsinə dəvət etmişlər. Bu zaman Şəxs ucadan səs-küy salaraq onlarla mübahisə etmiş, onlar sonuncunu sakitləşdirməyə çalışsalar da, Şəxs onların qanuni tələbinə tabe olmamışdır. Bundan sonra onlar Şəxs polis idarəsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin CAİ-nin kiçik inspektoru, polis serjantı X6 şahid Piran Rüstəmovla eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə ŞBPİ-nin CAİ-nin kiçik inspektoru, polis serjantı X5 izahatında bildirmişdir ki, o, Şəxs sürücü kimi əvvəldən tanıyır və dəfələrlə Şəxs “Niva” markalı avtomobilinin konstruksiyasında dəyişikliklər etdiyi üçün barəsində inzibati protokol yazılmış və avtomobili cərimə meydançasına salınmışdır. xx.xx.2020-ci il tarixdə ona efir vasitəsi ilə Atatürk prospektində “95Aptek”in qarşısına yaxınlaşmasını bildirmişlər. O, həmin yerə gəldikdə BMW markalı, 10VB123 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün polis əməkdaşları ilə mübahisə edərək tabesizlik göstərdiyini görmüşdür. Polis əməkdaşları ona avtomobilin üzərindəki dövlət qeydiyyat nişanının həmin avtomobilə məxsus olmadığını, Şəxs isə tabesizlik etdiyini bildirmişlər. Bundan sonra Şəxs polis idarəsinə gətirilmiş, avtomobilin dövlət qeydiyyat nişanını dəyişdiyi üçün barəsində İXM-nin 342.7-ci maddəsi ilə də inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli protokoldan məlum olur ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidlərin ifadələri ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 21:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 21:30-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar