Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-327/2021 12.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan şəxs X3 nümayəndəsi X5, Qərar qəbul etmiş orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X11 iştirakı ilə Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixindən bugünədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində (X16 Mərkəzi) əmək müqaviləsinə əsasən yardımçı vəzifə olan “Yeməkxana nəzarət işi” vəsifəsində çalış. İşi müəssisənin inzibati binasında yerləşən yeməkxanada işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə, daxil olan ərzaq məhsullarının sayılması və təhvil-təslim işlərinə nəzarət, kənar şəxslərin mətbəxə daxil olmaması, işçilərin təhlükəsiz və giiyenik-sanitariya qaydalarına əməl etmələrinə, pasiyentlərə bişirilən yeməklərin vaxtı-vaxtında palataya çatdırılmasına, porsiyaların düzgün bölüşdürülməsinə, pəhrizlərə-diqqət, yeməkxanada sakitçiliyə riayyət edilməsi, rəhbərlik tərəfindən tərtib olunmuş menyuya uyğun işin düzgün təşkil olunmasına və s. bunun kimi aparılan işlərə nəzarət edilməsindən ibarətdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xx.xx.2021-xx.xx.2021 tarixinədək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində yoxlama işləri təyin edilmişdir. Həmin yoxlama üzrə xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Qida X4 bölməsinin əməkdaşları tərəfindən müəssisədə müvafiq yoxlama işləri aparılmış, inzibati protokol tərtib edilmiş və xx.xx.2021ci il tarixində o AQTA-nin inzibati binasına dəvət olunaraq heç bir hüquq və vəzifələri izah olunmadan, heç bir inzibati araşdırma aparılmadan onu “Vəzifəli şəxs” kimi qeyd edib barəsində qanunsuz və əsassız inzibati xəta haqqında qərar qəbul edilərək tənbeh növü kimi 1.500 (bir min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, qeyd olunan inzibati tənbeh vermə haqqэnda qərar qərəzli, qanunsuz, ədalətsiz və tam əsassэz olduрuna gцrə ləрv edilərək, iє ьzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 və onun nümayəndəsi X10 şikayətin dəlillərinə uyğun izahat verərək, məhkəmədən Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X14 şikayətin dəlillərinin əsassız olduğunu göstərərək məhkəmədən şikayətin təmin edilmədən, Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının isə dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayət əsasında qərarın qanuniliyi və əsaslılığı yoxalnılarkən aşağıda sadalanan sənədlərə istinad edilmişdir: İş materiallarında olan: xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X8 AR İXM-nin 447.0.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2021-ci il tarixli, MN 00460537 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 müddəti ötmüş məhsulların satılmasına görə Azərbaycan Respublikası İXM-nin 447.0.2-ci maddəsi ilə təqsirli bilinərək 1500(bir min beş yüz)manat məbləğində cərimə edilmişdir; xx.xx.2021-ci il tarixli, 20-Q-00294 nömrəli Çıxarışdan görünür ki, “xxxx”MMC qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qida təhlükəsizliyi qeydiyyatına alınmışdır; Yoxlamanın aparılması haqqında xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, “xxxx”MMC-də xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək yoxlama aparılması qərara alınmışdır; xx xxxxxx 2021-ci il tarixli Çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “xxxx”MMC-də plan üzrə yoxlanılma aparılmasından ötrü sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış alınmışdır; Sahibkarlıq obyektinə baxışın keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatından keçməmişdir. Yeməkxanada 7 nəfər işçi fəaliyyət göstərir və tibbi müayinə kitabçaları təqdim edilmişdir. İşçi heyyəti üçün geyim otağı və sanitar qovşaq vardır. İşçilər xüsusi geyim ilə təmin edilmişdir. Yeməkxanada xəstəxananın işçi heyyəti və vətəndaşlar üçün müxtəlif növ isti xörəklərin və soyuq qəlyanalatıların satışı həyata keçirilir. Yeməkxana açıq bufet şəraitində fəaliyyət göstərir və vitrin soyuducusu vardır. Satış sahəsinin arxa hissəsində yeməklərin hazırlanması üçün nəzərdə tutulmuş mətbəxdə 6 gözlü qaz pilitəsi və 4 gözlü elektrik piltəsi vardır.Üzərinə havalandırıcı zond yerləşdirilmişdir. Yeməklərin hazırlanması üçün nəzərdə tutulumş stollar paslanmayan materialdan təchiz edilmişdir. Mətbəx ərazisində servisdə istifadə olunan asan yuyula bilən qablar üçün nəzərdə tutulmuş iki gözlü yuma çanağı və ara kəsmə ilə ayrılmış sahədə yuma sahəsi vardır. Yeməkxana ümumilikdə sanitar norma qaydalara, gigiyena normativlərinə cavab verir. Mətbəxin arxa hissəsində xammalların və hazır məhsulların saxlanması üçün nəzərdə tutulmuş anbar vardır. Anbarda iki soyuducu olmaqla məhsulların saxlanması zaman temperatur rejiminə riayət edilir. Yeməkxanada istifadə olunan ərzaq məhsullarına keçirilən baxış zamanı müəyyən miqdarda üzərində istehlak məlumatları olmayan və yararlılıq müddəti bitmiş məhsullar aşkar edilmişdir. Belə ki, 2 kiloqram miqdarında etiket məlumatları və mənşəyi məlum olmayan 2 kiloqram manna yarması və 20 ədəd istehsal tarixi xx.xx.2020-ci il olan “Muğan Quşçuluq” əmtəə nişanlı və 10 ədəd istehsal tarixi xx.xx.2020-ci il olan “Sab Quşçuluq” əmtəə nişanlı yumurta məhsulları saxlanma anbarında aşkar edilərək istifadədən kənarlaşdırılmışdır. Yumurta məhsullarının yararlılıq müddətinin 28 gün olduğu nəzərə alaraq yararlılıq müddətlərinin bitdiyi aşkar olunmuşdur; Azərbaycan Respublikasının Qida X9 Regional Bölməsinin rəsinin xx xxxxxx 2021ci il tarixli qərarından görünür ki, yararlılıq müddəti bitmiş 20 ədəd”Muğan Quşçuluq”əmtəə nişanlı toyuq yumurtası, 10 ədəd “Sab”əmtəə nişanlı toyuq yumurtası, mənşəyi məlum olmayan 2 kq manna yarmasının məhv edilməsi qərara alınmışdır; Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X8 xx.xx.2019-cu ildən müddətsiz “xxxx”MMC-yə məşğulluq təsnifatı üzrə nəzarətçi, əmək müqaviləsi üzrə yeməkxana nəzarətçisi vəzifəsinə qəbul edilmişdir; “xxxx”MMC-nin X16 Mərkəzi tərəfindən X6 verilmiş əmək qabiliyyətinin olmaması barədə 402102 nömrəli vərəqədən görünür ki, Mərkəzin təsərrüfat bölməsinin işçisi olmaqla vəzifəsi yemıkxana nəzarətçisidir və xx xxxxxx 2021-ci ildən xx xxxx 2021-ci ilədək işləməmişdir; Hərbi hissədən verilmiş arayışdan görünür ki, X8 Azərbaycan Resbulikasının müdafiəsi zamanı hərbi travma-qapalı kəllə beyin travması, baş beyinin əzilməsi travmasl almış, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi–həkim komissiyası tərəfindən xx xxxxxx 2020-ci ildə şəhadətləndirilmiş və aldığı xəsarət “ağır”qiymətləndirilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını işdə olan sübutlar əsasında yoxlayaraq bu qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 350 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi X8 xx.xx.2019-cu ildən müddətsiz “xxxx”MMC-yə məşğulluq təsnifatı üzrə nəzarətçi, əmək müqaviləsi üzrə yeməkxana nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin əməkdaşları tərəfindən “xxxx”MMC-nin yeməkxanasına baxış keçirilmiş və baxış zamanı üzərində istehlak məlumatları olmayan və yararlılıq müddəti bitmiş məhsullar aşkar edilmişdir. Belə ki, 2 kiloqram miqdarında etiket məlumatları və mənşəyi məlum olmayan 2 kiloqram manna yarması və 20 ədəd istehsal tarixi xx.xx.2020-ci il olan “Muğan Quşçuluq” əmtəə nişanlı və 10 ədəd istehsal tarixi xx.xx.2020-ci il olan “Sab Quşçuluq” əmtəə nişanlı yumurta məhsulları saxlanma anbarında aşkar edilərək istifadədən kənarlaşdırılmışdır. Yumurta məhsullarının yararlılıq müddətinin 28 gün olduğu nəzərə alınaraq yararlılıq müddətlərinin bitdiyi aşkar olunmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən inzibati xəta pozuntusu halları aşkar edilmiş və bu halların mövcudluğu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası İXM-nin 447.0.2 və 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş verdiyindən həmin maddələrlə inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati orqan tərəfindən X8 vəzifəli şəxs kimi İXM-nin 447.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1500 manat məbləğində cərimə edilmişdir. İnzibati orqan X7 inzibati məsuliyyətə ona görə cəlb etmişdir ki, X8 tərəfindən Yeyinti məhsulları haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Qanunun 5-ci maddəsinə əsasən yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən , ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblər (bundan sonra qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar) vasitəsi ilə həyata keçirilir. X8 ictimai iaşə fəaliyyətini həyata keçirərkən etiket məlumatları və mənşəyi məlum olmayan 2 kiloqram manna yarması və 20 ədəd istehsal tarixi xx.xx.2020-ci il olan “Muğan Quşçuluq” əmtəə nişanlı və 10 ədəd istehsal tarixi xx.xx.2020-ci il olan “Sab Quşçuluq” əmtəə nişanlı yumurta məhsullarının xammal şəklində satışı ilə məşğul olmayaraq, həmin məhsulların yeməkxanada hazırlanaraq ictimai iaşə xidmətinin göstərilməsi ilə məşğul olmuş və həmin vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən saxlama müddəti ötmüş məhsulların satılmasına görə İXM-nin 447.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, X1 və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə inzibati qaydada məsuliyyətə cəlb edilməli və onun barəsində İXM-nin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi inzibati orqan tərəfindən X8 İXM-nin 447.0.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərkən onun vəzifəli şəxs olması qənaətinə gəlinmişdir.Məhkəmə hesab edir ki, X8 yeməkxana nəzarətçisi olmaqla vəzifəli şəxs deyildir. Belə ki, iş materiallarında olan əmək qabiliyyətinin olmamasına dair vərəqədən də görünür ki, X3 işlədiyi istehsalat sahəsində təsərrüfat şöbəsi mövcuddur və yaxud da həmin şöbənin müdiri vəzifəsi digər vəzifəli şəxsə həvalə(müavin və.s) edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi haqında müqavilədən də göründüyü kimi X8 inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxs olsa da təsərrüfat şöbəsinin müdiri olmamaqla ona bu səlahiyyətlərin həvalə edilməsinə dair əmr də mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, X8 vəzifəli şəxs statusu altında inzibati məsuliyyətə cəlb edilə bilməz. Onun yeməkxana nəzarətçisi kimi vəzifə öhdəliklərinin mövcudluğu hələ onun vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. Belə ki, İXM-nin 17-ci maddəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxx 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin adı və əməyinin ödəniş dərəcələri diapazonundan görünür ki, tibb müəssisəsinin mətbəxinin müdirinin əmək funksiyası tibb müəssisəsinin mətbəxinə peşəkar səviyyədə rəhbərlik edir. Mətbəxdə pəhriz xörəklərinin lazımı çeşiddə olmasına nəzarət edir. Sanitar norma və qaydalarına riayət olunmaqla avadanlığın istismarını, sanitar-gigiyena və epidemiya əleyhinə rejimin tələblərinin yerinə yetirilməsini, istifadədə olan vəsaitlərdən səmərəli istifadə olunmasını, mətbəxinin vaxtında, keyfiyyətli və lazımi çeşiddə süd məhsulları ilə təchiz olunmasını təmin edir. Məhkəmə hesab edir ki, göründüyü kimi yeməkxana nəzarətçisi yalnız vəzifə təlimatı ilə tanış edilməklə əməyin ödəniş dərəcələri diapazonunda göstərilənlərdən başqa əlavə vəzifələrin daşıyıcısı ola bilməz. Bundan ötrü işə götürən tərəfindən əlavə vəzifələrin müvafiq əmrlə rəmiləşdirilməsi mütləqdir. Beləliklə məhkəmə hesab edir ki, fiziki şəxs qismində X8 ona həvalə edilmiş öhdəliklərin öhdəsindən gəlməmişdir. Odur ki, o İXM-nin 447.0.3-cü maddəsi ilə fiziki şəxs qismində məsuliyyətə cəlb edilməlidir. İXM-nin 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 32.1 və 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən haldır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə X6 tənbeh tətbiq edərkən onun Azərbaycan Respublikasının Müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanmasını, gənc olmasını, ilk dəfə inzibati məsiliyyətə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını yüngülləşdiri hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə görə inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin xx xxxxxx 2021ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, X8 İXM-nin 447.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Qida X4 Regional Bölməsinin xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yeni qərar qəbul edilsin. X8 İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 350 manat məbləğində inzibati cərimə növündə tənbeh edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-327/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-327/2021
12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver