Məhkəmə qərarları › İş №3(044)-328/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-328/2021

14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-328/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun, X21 oğlunun katibliyi, şikayətçi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X17 Mühafizə və X23-Tədqiqat İnstitutunun direktoru X12, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin nümayəndəsi X13 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin rəisi X15 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* qərarın ləğv edilməsinə dair X12 vermiş olduğu şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar elm və X17 Mühafizə və X23-Tədqiqat İnstitutunun direktoru X19 məhkəməyə şikayət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin rəisi X8 onun barəsində inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(044)-765/2020 saylı qərarına əsasən X12 şikayəti təmin edilməmiş, həmin qərardan sonuncu apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(104)-32/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında şikayətçi, X19 bildirdi ki, o, qərarı qanunsuz və əsassız hesab edir. həmin qərar vəzifəli şəxsin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması,vəzifəli şəxsin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin AR İXM-nin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, İXM ilə müəyyən edimiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsaslarına görə və qərəzçiliklə tərtib edildiyi üçün ləğv edilməlidir. Belə ki, xx xxxxx 1954-cü ildə doğulmuş X5 ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdən 01 №li əmrlə Bitki Mühafizə və X23 tədqiqat institutuna sürücü işinə qəbul edilmiş və həmin vaxtdan institutun direktor müavini vəzifəsində işləmiş, mərhum X9 (xx.xx.2020-ci ildə vəfat etmişdir) xidməti istifadəsində olan QAZ-3110 markalı **-AA-*** qeydiyyat nişanlı minik avtomobilində sürücü işləmişdir. Son illərdə A.Fərəcov bir neçə dəfə şifahi olaraq təqaüdçü, şəkərli diabet xəstəsi olmaqla səhhətində problemlər olmasını, buna görə də sürücü işləyə bilməməsini bildirmiş, eyni zamanda direktor müavini mərhum Sahib Cabbarov da bir neçə dəfə şifahi, yazılı qaydada sürücü A.Fərəcovun xidməti avtomobili idarə edərkən qəza şəraitləri yaratması barədə rəhbərliyə məlumatlar vermiş, hətta A.Fərəcovun bir dəfə avtomobili idarə edərkən bir nəfər qadını vurub yüngül dərəcəli bədən xəsarəti yetirməsi hadisəsi də baş vermiş, lakin zərərçəkmiş şəxsin şikayəti olmadığından həmin hadisə ilə əlaqədar araşdırma aparılmamışdır. xx xxxxxxx 2020-ci il tarixdə sürücü A.Fərəcov institutun direktorunun adına yazdığı, daxil olma nömrəsi 243 qeyd edilən ərizə ilə kadrlar şöbəsinə müraciət edərək, sürücü işindən azad olunmasını xahiş etmişdir. Son vaxtlar Azərbaycan Respublikasında 65 yaşları tamam olmuş sürücülərin, müəllimlərin, digər texniki işçilərin təqaüdə göndərilmələri, onların əvəzinə daha gənc yaşlı işçilərin işə götürülmələri nəzərə alınaraq, sürücü A.Fərəcovun müraciətinə müsbət yanaşılıb Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 159/K nömrəli əmrlə öz təşəbbüsü ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinnin a) bəndinə əsasən xitam verilmişdir. Direktor müavini S.Cabbarovun İnstitutun əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işləri ilə əlaqədar, həmçinin İnstitutun tabeliyində olan dayaq məntəqələri və təcrübə stansiyalarına mütəmadi olaraq ezamiyyətlərə getməli olması nəzərə alınaraq xx xxxxxxx 2020-ci il tarixdə 162/k nömrəli əmrlə X14 ərizəsinə əsasən A.Fərəcovun əvəzinə sürücü vəzifəsinə təyin edilmiş, onunla əmək müqaviləsi bağlanmış, əmək müqaviləsi bildirişi sistemə daxil edilmişdir. Həmin tarixdə sürücü vəzifəsinə yeni işçinin götürülməsi haqqında A.Fərəcova şifahi qaydada xəbərdarlıq edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə X2 Əmək Müfəttişliyi Xidmətinin Gəncə regional ərazi şöbəsinə gedərək, orada əmək müfəttişi vəzifəsində işləyən qohumu Füzuli Verdiyevə müraciət etmiş və sonuncu A.Fərəcovun adından işdən qanunsuz olaraq azad edilməsi, son haqq-hesabını ala bilməməsi barədə Gəncə Regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimova ərizə yazmış, beləliklə də A.Fərəcov DƏMX-nin Gəncə regional ərazi şöbəsinə müraciət etmişdir. A.Fərəcovun müraciəti ilə əlaqədar DƏMX-nin Gəncə Regional Ərazi şöbəsindən xx xxxxxxx 2020-ci il tarixdə İnstituta daxil olmuş sorğuya cavab verilmiş tələb olunan sənədlər təqdim edilmiş, onun işdən azad olunması əsaslandırılmışdır. Bundan sonra o xx xxxxxx 2020-ci il tarixdə DƏMX-nin Gəncə Regional Ərazi şöbəsinə dəvət olunmuş və İnstitutda mütəxəssis-hüquqşünas vəzifəsində işləyən Namiq Əliyarovla birlikdə göstərilən tarixdə həmin şöbəyə getmişlər. Orada onların, ərazi şöbəsinin baş əmək müfəttişi Natiq Bayramovun və şöbə rəisi Ayaz Rəhimovun iştirakı ilə A.Fərəcovun iştirakı olmadan sonuncunun müraciəti əsasında müzakirələr aparılmış və ona təklif olunmuşdur ki, sürücü A.Fərəcovun tələbi təmin olunmalıdır, əks halda o, A.Fərəcovu işdən azad etdiyinə görə 1500-2000 manat məbləğində cərimə edilə bilər. A.Fərəcovun müraciətindən sonra bir neçə dəfə Gəncə Regional Ərazi şöbəsinin rəisi A.Rəhimov və baş əmək müfəttişi N.Bayramov ona cərimə inzibati tənbeh növü tətbiq ediləcəyini bildirmişlər. Ona görə də o, işçilərin vasitəsilə A.Fərəcovdan İnstitut rəhbərliyindən hər hansı şikayəti, tələbi olub-olmamasını, öz işinə qayıdıb işləmək istəyibistəməməsini öyrənmiş və sonuncu işə qayıtmaq istəmədiyini bildirmişdir. xx xxxxxx 2020ci il tarixdə Gəncə regional ərazi şöbəsində müzakirə zamanı ondan heç bir izahat alınmamış, izahat vermək təklif olunmamış, hər hansı protokol tərtib edilməmiş və ona protokola imza edilməsi barədə heç nə deyilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə X3 3 saylı notariat ofisində qeydə alınıb təsdiq edilmiş eyni tarixli **********722 nömrəli ərizəsi ilə DƏMX-nın Gəncə regional ərazi şöbəsinə müraciət edərək şəkərli diabet xəstəliyi və yaşlı olduğu üçün əsəbləşdiyinə görə öz ərizəsi ilə işdən azad olunduğunu, İnstitutun rəhbərliyi tərəfindən onun hüquqlarının pozulmamasını, bir daha həmin İnstitutda sürücü işləmək istəmədiyini, İnstitutun rəhbərliyi tərəfindən tələblərinin yerinə yetirildiyini, son haqqhesabını, əmək kitabçasını aldığını, İnstitut rəhbərliyindən heç bir şikayəti, tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Ərizənin təqdim edilməsində regional ərazi şöbəsi ilə eyni mərtəbədə yerləşən “İnsan və qanun” jurnalının baş redaktoru Nürəddin Hüseynov da iştirak etmişdir. Buna baxmayaraq A.Fərəcovun həmin ərizəsi qərəzçiliklə ərazi şöbəsində xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan 8 gün ərzində əsassız olaraq qeydə alınmamış, ərizəçinin xx xxxxxx 2020-ci il tarixdə təkrar müraciətindən sonra qeydə alınmışdır.A.Fərəcovun barışıq ərizəsindən sonra da Gəncə regional ərazi şöbəsinin baş əmək müfəttişi N.Bayramov və şöbə rəisi A.Rəhimov öz qərəzli məqsədlərinə nail olmaq, hər vasitə ilə onun barəsində inzibati cərimə tənbeh növü təqdim edilməsi üçün ona qarşı qərəzli hərəkətlər etməkdə davam edərək, vəzifələrindən sui-istifadə edib, barəsində N.Bayramov xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli, inzibati xəta haqqında əsassız protokol, şöbə rəisi A.Rəhimov isə xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında əsassız qərar tərtib etmişlər. Hansı ki, qeyd edilən protokolun və qərarın tərtib edilməsinə heç bir ehtiyac yox idi. Ona qarşı qərəzli münasibət kifayət qədər təsdiq edilmişdir. Sonda şikayətçi inzibati xəta haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə Regional ərazi şöbəsinin nümayəndəsi X20 bildirdi ki, xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. X1 müraciət etmişdir ki, o qanunsuz olaraq işdən çıxarılmışdır. A.Fərəcov işdən çıxması ilə bağlı xx xxxxxxx 2020-ci il tarixdə ərizə versə də, sonradan, yəni xx xxxxxxx 2020-ci il tarixdə ərizə yazaraq yenidən öz işinə qayıtmağı istəmişdir. Bununla əlaqədar olaraq X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə Regional ərazi şöbəsində izahatı da alınmış, A.Fərəcov bildirmişdir ki, işdən çıxması barədə verdiyi ərizəsinin etibarsız olmasını bildirsə də, ona heç bir cavab verilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq X4 işdən çıxma barədə ərizəsinin verildiyi gündən 30 gün müddət gözlənilməli və daha sonra əmək müqaviləsinə xitam verilməli idi. Lakin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar elm və X17 Mühafizə və X23-Tədqiqat İnstitutunun direktoru X19 buna riayət etməmiş və işçi ilə əmək müqaviləsinə ərizənin verildiyi gün xitam vermişdir. Vətəndaş A.Fərəcov xx.xx.2020-ci il tarixdə DƏMX Gəncə Regional ərazi şöbəsinə müraciət etdikdən sonra araşdırma aparılaraq zəruri sənədlər Elçin Xəlilovdan tələb edilmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Allahverdi Fərəcov şöbədə olarkən şikayətindən imtina etmədiyini bildirmiş və bu barədə izahatı alınmış, daha sonra Elçin Xəlilov şöbədə olmuş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə A.Fərəcovun şikayətdən imtina barədə ərizəsi daxil olmuş, lakin artıq araşdırma yekunlaşaraq inzibati protokol tərtib edildiyi üçün xx.xx.2020-ci il tarixdə Elçin Xəlilov inzibati qərarla cərimə edilmişdir. Sonda N.Bayramov şikayətin təmin edilməməsini və xx xxxxxx 2020-ci il tarixli MN №0646359 qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, onun institutun direktor müavini Sahib Cabbarovla münasibətləri pisləşdiyi üçün o, xx.xx.2020-ci il tarixdə ərizə yazaraq işdən azad edilməsini xahiş etmişdir. Lakin xx.xx.2020-ci il tarixdə o, yenidən ərizə ilə müraciət edərək işə bərpa olunmasını xahiş etmiş, daha sonra DƏMX-ın Gəncə Regional Ərazi şöbəsinə şikayət etmişdir. O, xx.xx.2020-ci il tarixdə DƏMX-ın GƏncə Regional Ərazi şöbəsində izahat yazdıqdan sonra evə gəlmiş, ailə üzvləri onun yaşlı olduğunu və xəstəliyini əsəs gətirərək yenidən işləməsinə icazə verməmişlər. Buna görə də o, xx.xx.2020-ci il tarixdə notarial qaydada ərizə verərək işə qayıtmaq istəmədiniyi və şikayətindən imtina etdiyini bildirmişdir. Ona ərizələri yazmaqda heç kəs təsir göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X19 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 və 192.4cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün protokol tərtib edilmiş, Elçin Xəlilov həmin protokolu imza etməkdən imtina etmişdir. - xx xxxxxx 2020-ci il tarixli MN №0646359 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. - X5 tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar elm və X17 Mühafizə və X23-Tədqiqat İnstitutunun direktoru X16 yazılmış xx xxxxxxx 2020-ci il tarixli ərizənin surətindən görünür ki, A.Fərəcov tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və X23- Tədqiqat İnstitutunun direktoru X12 xx xxxxxxx 2020-ci il tarixli 159/K nömrəli əmrindən çıxarışın surətindən görünür ki, X4 əmək müqaviləsinə xx xxxxxxx 2020-ci il tarixdən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi, maliyyə və mühasibat uçotu şöbəsi A.C.Fərəcova son haqq-hesabın verilməsini təmin etməsi, hüquq, kadr və kargüzarlığın təşkili şöbəsinin əmrdən irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etməsi əmr edilmişdir. - X4 xx xxxxxxx 2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, işdən azad olunmaq fikri olmadığı üçün yenidən öz işinə qayıtmağa köməklik edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, son haqq-hesabı da ödənilməmişdir. - X4 DƏMX-ın Gəncə regional ərazi şöbəsinin rəisinə ünvanladığı xx xxxxxxx 2020ci il tarixli ərizəsinin surətindən görünür ki, o, öz işinə qayıtmağına köməklik edilməsini xahiş etmişdir. - X5 DƏMX-ın Gəncə regional ərazi şöbəsində yazdığı xx.xx.2020-ci il tarixli izahatında qeyd etmişdir ki, onun Bitki Mühafizə və X23 Tədqiqat İnstitutunun direktoruna müraciətlərinə cavab verilməmiş, onu öz işinə qaytarmırlar, köməklik edilməsini xahiş etmişdir. - xx.xx.2020-ci il tarixli notarial ərizənin surətindən görünür ki, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə Regional ərazi şöbəsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar elm və X17 Mühafizə və X23-Tədqiqat İnstitutunun rəhbərliyi tərəfindən onun tələblərinin yerinə yetirildiyini, son haqq-hesabını, əmək kitabçasını aldığını, bundan sonra onun həmin institutdan, institutun rəhbərliyindən heç bir şikayəti, tələbi yoxdur və olmayacaqdır. Bir daha həmin institutda işləmək istəmir, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 99.1 və 99.1.3-cü maddələrinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. - 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. İş faktiki hallarından göründüyü kimi X19 barəsində inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanıldıqdan sonra Allahverdi Fərəcov tərəfindən notarial qaydada verilmiş ərizə, işə baxan vəzifəli şəxs, DƏMX-ın Gəncə regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamış, sonuncu tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün vəzifəli şəxsə göndərilməlidir. Çünki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1 və 135.1.1-ci maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, X19 barəsində vəzifəli şəxs Ayaz Rəhimovun gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, yəni işə baxılaraq qərar qəbul edilərkən Allahverdi Fərəcov və Elçin Xəlilov dəvət edlib dindirilməklə Allahverdi Fərəcovun iradəsinin, Elçin Xəlilovun isə dəlillərinin nədən ibarət olmaları aydınlaşdırılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X19 barəsində Azərbaycan Respublikası ƏƏSMN X18 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi X15 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası ƏƏSMN X18 Xidmətinin Gəncə regional ərazi şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar