Məhkəmə qərarları › İş №3(044)-331/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-331/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-331/2022 28.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 bildirdi ki, Gəncə şəhəri Nizami Rayo Məhkəməsi tərəfindən verilmiş 2(044)-943/2018 saylı, 15.02.2019-cu il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün X2 cəmi 240 manat miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi 26.08.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra idrarəsinin icraatına daxil olmuş, aparılmış icra tədbirləri nəticəsində borclu Ələkbərov (Əmirov) Elnur Elman oğluna tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Borclu Ələkbərov (Əmirov) Elur Elman oğlunun hazırda icra sənədi üzrə 2260 manat aliment borcu vardır. Borclu Ələkbərov (Əmirov) Elnur Elman oğlu sonuncu izahatında borcunu ödəməyə imkanın olmadığını bildirmiş, belə ki, Ələkbərov (Əmirov) Elur Elman oğlu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyə edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs borclunun borcunu ödəmədiyi təqdirdə ona qanuna müvafiq cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, o, xəstə anasına və qazi qardaşına da baxır, o, aprel ayının 15-də təsərrüfat müdiri kimi öz işinə qayıdacaq, onun işi bərpa olunduqdan sonra aliment borcunun yarısını ödəyəcəkdir. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmıdır. İş materiallarında olan: - 12 aprel 2022-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-943/2019 saylı, 15.02.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs hər ay 240 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - 26.08.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru X3 26.08.2019-cu il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli 2(044)-943/2018 saylı icra sənədini nəzərdən keçirərək, icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində aliment borcunun ödənilməməsi halında ona İcra haqqında Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - 21.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-943/18 saylı, 15.02.2019 saylı icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - 01.04.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-943/18 saylı, 15.02.2019 saylı icra vərəqəsinin icra etməyəcəyi təqdirdə məsulləyə cəlb olunacı barədə xəbərdarlıq edilmişdir. - Şəxs icra idarəsində verdiyi izahatlardan görünür ki, o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Belə ki, o, ilk izahatlarında borcunu əvvəl may, daha sonra iyun ayında ödəyəcəyini vəd etsə də, daha sonrakı izahatında imkanının olmadığı üçün borcunu ödəyə bilməyəcəyini qeyd etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tələbkar şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 28.04.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 28.04.2022-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar