Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-332/2020 07.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhər ŞBPİ Nizami rayon Polis İdarəsinin polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materialabaxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Nizami Rayon Polis idarəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs ictimai yerdə ucadan səsküy salmışdır. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs X2 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 17:55 radələrində Gəncə şəhəri H.Əliyev prospektində yerləşən MAXİ marketin yaxınlığında Şəxs ucadan nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb etmişdir. Şəxs ictimai qaydanı pozaraq İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə, saat 17:55 radələrində o, ona borcu olan usta yoldaşı ilə telefonla danışarkən əsəbləşmiş və ucadan nalayiq ifadələr işlətmişdir. Onun əsəbləşməyinin səbəbi anasının xəstə olması və onun müalicəsi üçün pul lazım olması olmuşdur. Usta yoldaşı da ona verəcəyi pulu vaxtında vermədiyi üçün o, küçədə telefonla danışarkən ucadan nalayiq ifadələr işlətmişdir. İfadəsinin sonunda Şəxs etdiyi əməldə özünü tam təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini, əsəbi olduğu üçün belə hərəkət etdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı X5 izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə 17:55 radələrində Gəncə şəhəri, Nizami rayonu ərazisində CAŞ–ın kiçik inspektoru polis serjantı Kamran Abbasov ilə birlikdə xidmətdə olan zaman H.Əliyev pr-də yerləşən MAXİ marketin yaxınlığında adı sonradan onlara məlum olan Şəxs ictimai yerdə mobil telefon ilə danışarkən ucadan nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb etdiyi üçün ona yaxınlaşaraq özlərini təqdim etmişlər, sonuncudan sakitləşməsini tələb etmişlər və vətəndaş Şəxs əsəbi olduğu üçün belə hərəkət etdiyini bildirmişdir. Onlar Şəxs Nizami RPİ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında dindirilmiş şahid Nizami RPi-nin CAŞ-ın kiçik inspektoru polis serjantı X3 izahatında bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə 17:55 radələrində Gəncə şəhəri, Nizami rayonu ərazisində CAŞ-ın əməliyyat müvəkkili polis baş leytenantı X5 ilə birlikdə xidmətdə olan zaman H.Əliyev pr-də yerləşən MAXİ marketin yaxınlığında ucadan nalayiq ifadələr işlədildiyini eşidərək səs gələn tərəfə getmişlər. Bu zaman adı sonradan onlara məlum olan Şəxs telefonda danışdığı şəxsə ucadan nəlayiq ifadələr işlətdiyini, ətrafda olan insanların diqqətini özünə cəlb etdiyini görərək onu sakitləşdirərək Nizami RPİ-nə gətirmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan RespublikasınınİXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan RespublikasınınİXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halların olmadığını, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 18:20-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsiilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 05 (gün) müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli Şəxs tutulduğu xx.xx.2020-ciil tarixdən, saat 18:20-dən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-332/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-332/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver