Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-333/2020 07.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Gəncə şəhəri, Poçt qəsəbəsi, Sərdarov küçəsi, ev 91-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs, xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhəri, Nizami rayonu, “Xan Bağı” istirahət parkında ictimai yerdə ucadan səs-küy saldığına görə qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM-in) 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin İTB-in polis sahə rəisi polis leytenantı X3 inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Xan Bağı” istirahət parkında ictimai yerdə ucadan səs-küy saldığına görə qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətməsini və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə “Xan Bağı” istirahət parkının yaxınlığında olan zaman özünə məxsus mobil telefon ilə tanışı ilə danışan zaman əsəbləşərək ucadan nəlayiq ifadələr işlətmiş, bu zaman ətrafda olan insanların diqqətini cəlb etdiyi üçün polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, ondan sakitləşməsini tələb etmiş və o onların qanuni tələbinə tabe olaraq sakitləşmiş və polis əməkdaşları onu Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmişX2 izahat verərək bildirdi ki,xx xxxxxx 2020-ci il tarixdə “Xan Bağı” istirahət parkında xidmətdə olan zaman bir nəfər şəxs, adını sonradan bildiyi Şəxs ictimai yerdə mobil telefon ilə ucadan nalayiq ifadələr işlətməsini görüb ona yaxınlaşaraq onu nizam intizama dəvət etmiş, sakitləşməsini tələb etmişdir. Bundan sonra Şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. Protokol tərtib etmiş şəxsin, şahidlərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 18:30 radələrində Gəncə şəhəri “Xan Bağı” istirahət parkında ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Ona görə də Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu maddəsinə əsasən əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 18:50də inzibati qaydada tutulmuşdur. Şəxs təyin ediləcək inzibati həbs növündə tənbeh tətbiqində onun inzibati qaydada tutulduğu 1 gün müddət nəzərə alınmalıdır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6 gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs xx xxxxxx 2020-ci tarixdən inzibati qaydada tutulduğu bir gün ona təyin edilmiş inzibati həbsin müddətindən çıxılsın və onun üzərində qəti olaraq 5 gün inzibati həbs saxlanılsın. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il saat 18:50-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(044)-333/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-333/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver