Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-338/2020 11.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. O, “xxxxxxxxxxxx” ASC-də müdir vəzifəsində işləyir və www.icaze.e-gov.az portalında xx.xx.2020-ci il tarixədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonu ərazilərində hərəkət etməsi üçün rəsmi icazəsi olmuşdur. O, ona məxsus avtomobildə qeyd edilən portalda qeydiyyatdan keçmişdir. O, xx xxxxx 2020-ci ildə saat 17.45 radələrində işçılərinə tibbi spirt, maska və qoruyucu əlcək almaq məqsədilə aptekə getmişdir. Bakı şəhər DYP İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı onun elektron portalda icazəsi olmadığını bildirərək barəsində AR İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd edilən Məcəllənin 61.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. İşə baxılmasının yeri və müddəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bildirildiyindən və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmadığından məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab etməyərək işə onun iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X1 barəsində inzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, o, xx.xx.2020-ci il tarixdə, saat 17:45 radələrində karantin rejimi qaydalarını pozmuşdur. Bazar günü sms icazəsi olmadan Zərifə Əliyeva küçəsi 92 ünvanında hərəkətdə olarkən o saxlanılmış və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Elektron Hökumətin X4 hüquqi şəxsin məhkəməyə göndərdiyi xx xxxxxxxx 2020-ci il tarixli məhkəmənin müraciətinə verilmiş cavabdan görünür ki, “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”( icaze.e-gov.az portalı) üzərindən 2020-ci il 4 aprel tarixində saat 04:06:17-də vətəndaşa aid icazə qeydiyyata alınmış və həmin tarixdə təsdiqlənmişdir.Sözügedən icazə 2020-ci il 18 may tarixinə saat 19:04:15-dək qüvvədə olmuşdur. 8103 SMS icazə sistemi üzərindən həmin tarixdə müraciət daxil olmamışdır. Şikayətin məzmunundan göründüyü kimi şikayət etmiş şəxsin əsas arqumenti ondan ibarətdir ki, ona aid icazə qeydiyyata alınaraq təsdiqləndiyindən və həmin icazə əsasında onun Bakı, Abşeron və Sumqayıt şəhərlərində hərəkətləri məhdud olmadığından onun əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci imaddəsinin tərkib əlamətləri mövcud deyildir. Məhkəmə şikayətin dəlillərini əsassız sayır.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxx 2020-ci il tarixli qərarı ilə koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə xüsusi rejimin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli, 144 nömrəli Qərarı ilə Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti x xxx 2020-ci il saat 00:00dək uzadılaraq həmin qərarla müəyyən edilmişdir ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilmişdir. Eyni zamanda Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə (2020-ci il 31 mart - 31 may) ölkə ərazisində aşağıdakı xüsusi iş (əmək) rejimi tətbiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı” bu Qərarın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilmiş və “Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 113 nömrəli Qərarı ləğv edilmişdir. Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli Qərarı ilə x xxxxx 2020-ci il saat 00:00dan xx xxx 2020-ci il saat 00:00-dək ölkə ərazisində hərəkət məhdudiyyətləri tətbiq edilmişdir.Həmin Qərarın 1.2-ci bəndinə əsasən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir. Göründüyü kimi müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə bank, bank olmayan kredit təşkilatlarının və lombard təşkilatlarının işçilərinə işlə bağlı fəaliyyətin davam etdirilməsi üçün icazə verilmişdir. Ona görə də “icaze.e-gov.az” portalında qeydiyyatın məqsədi davamlı olaraq iş fəaliyyətinin bərpa edilməsinə və müştərilərə bank xidmətinin göstərilməsi məqsədi daşımışdır. İstirahət günlərində isə fəaliyyətinə icazə verilmiş şəxslər də bütün digər şəxslər kimi yaşayış yerini tərk etmələrinə yuxarıda adı çəkilən Qərarın 1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada icazə verilməsi təsbit edilmişdir. Belə ki, yuxarıda adı çəkilən Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər. Əks təqdirdə iş icazəsi adı ilə istirahət günləri saat 09.00-dan saat 18.00-dək məhdudiyyətsiz hərəkət etmələri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş tələblərin və rejimlərin mahiyyətinə zidd olmuş olardı. Fəaliyyətlərinə icazə verilmiş sahələrdə çalışan şəxslərin adları “icaze.egov.az” portalına ona görə daxil edilmişdir ki, fəaliyyətinə icazə verilmiş sahələrin iş rejimi təmin edilsin. Ona görə də məhkəmə hesab edir ki, belə hal fəaliyyətinə icazə verilmiş sahələrin işçilərinin onlara verilmiş hüquqlardan sui istifadə hallarına yol açılması ilə nəticələnə bilər. Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslərin yalnız həftənin iş günlərində icazə almadan hərəkət sərbəstliyi mövcud olmuşdur. Ona görə də məhkəmə şikayətçinin diqqətinə çatdırır ki, xx xxxxx 2020-ci il təqvim üzrə istirahət günü olduğundan və həmin gün bank xidməti göstərilməyərək, qeyd edilən tarixdə rəsmi qaydada işdə olmadığınızdan icaz.e.gov az portalından iş icazənizin olması əsası ilə hərəkət etməkdə haqlı olmamısınız. Bunun üçün 8103 SMS icazə sistemindən yararlanaraq hərəkət etməli olduğunuz halda, bu sistemdən təyinatı üzrə istifadə etməyərək inzibati xətaya yol vermisiniz və haqlı olaraq barənizdə AR İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqqında protokol tərtib edilmişdir. Şikayətinizdə qeyd edilıən dəılillər qərarın ləğv edilməsi üçün əsas deyildir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq qəbul edilmiş Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarının icrası Daxili İşlər Nazirliyinə həvalə edilmiş və Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin sahə inspektoru tərəfindən inzibati xəta haqqında protokol tərtib etməkdə polis əməkdaşı haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı işin tədqiq olunmuş hallarına qiymət verərək məhkəmə hesab edir ki, X1 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun qanunsuz olması və ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, həmçinin şikayətçi tərəfindən belə halların mövcud olması barədə irəli sürülən dəlillər qərarın ləğv edilməsi üçün əsas deyildir. Buna görə də X1 barəsində Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin sahə inspektoru tərəfindən xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №3(044)-338/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-338/2020
11.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver