Məhkəmə qərarları › İş №3(044)-339/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(044)-339/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(044)-339/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1, Hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və X5 şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti polkovnikleytenantı X8 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx xxxxxxx 2019-cu il tarixli, 11000-2072/19 saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Göygöl rayonu, Səmədli qəsəbəsində yerləşən Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 90LK494/10ZG792 nömrəli nəqliyyat vasitəsində “Samur” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə şəhəri, Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilmiş “Rəngsiz şüşədən 0.25L Boş Butulkalar“ yükünə dair **********8736 saylı xx.xx.2019-cu il tarixli gömrük bəyənnaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. **********8736 saylı gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı Gəncə şəhəri QƏBGİ-də aşkar olundu, ki Şəxs MMC-nin ünvanına 90LK494/10ZG792 nömrəli nəqliyyat vasitəsində daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elekton formada qısa idxal bəyənnaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cu maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayana malların keçirilməsi halları istisna olmaqla mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi inzibati məsuliyyətə səbəb olur. Bununla cəmiyyət tərəfindən, İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu fakt Şəxs MMC-nin nümayəndəsi X6 QƏBGİ-nə verdiyi xx.xx.2019cu il tarixli 19 saylı Öhdəliyi və xx.xx.2019-cu il tarixli izahatı ilə təsdiq edilir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(066)-304/2019 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx xxxxxxx 2019-cu il tarixli, 11000-2072/19 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(104)-71/2020 saylı qərarı ilə Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(066)-304/2019 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Göygöl Rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati xəta haqqında iş məhkəməyə daxil olduqdan sonra Göygöl Rayon Məhkəməsinin hakimi Qələmdar Abbasov özü-özünə etiraz vermiş, iş etirazın həll edilməsi üçün Gəncə Apelyasiya Məhkəməsinin sədrinə göndərilmiş və Gəncə Apelyasiya Məhkəməsinin sədrinin xx xxxx 2020-ci il tarixli 3(104)-177/2020 saylı qərardadı ilə etiraz təmin edilərək iş baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3, hüquqi şəxs Şəxs MMCnin ünvanına daxil olan mallar barədə gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X9, xx xxxxxxx 2019-cu il tarixli, 11000-2072/19 saylı inzibati xəta haqqında protokola etiraz edərək əsassız olmasını bildirdi. O, Şəxs MMC-nin ölkə ərazisinə mal idxal etdiyini, bu barədə gömrük orqanında səhvən Şəxs MMC-nin yerinə “Göygöl Şərab Zavodu” olaraq qeyd edildiyini bildirdi. İnzabai iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarından görünür ki, Göygöl rayonu, Səmədli qəsəbəsində yerləşən Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 90LK494/10ZG792 nömrəli nəqliyyat vasitəsində “Samur” gömrük postundan təyinatı üzrə rəsmiləşdirilməsi üçün Gəncə şəhəri Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilmiş “Rəngsiz şüşədən 0.25L Boş Butulkalar“ yükünə dair **********8736 saylı xx.xx.2019-cu il tarixli gömrük bəyənnaməsi tərtib edilərək gömrük orqanına təqdim edilmişdir. **********8736 saylı gömrük bəyannaməsinin və digər sənədlərin araşdırılması zamanı Gəncə şəhəri QƏBGİ-də aşkar olunmuşdur ki, Şəxs MMC-nin ünvanına 90LK494/10ZG792 nömrəli nəqliyyat vasitəsində daxil olmuş yükə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhəddini keçənədək elekton formada qısa idxal bəyənnaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannamənin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu maddədən də məlum olur ki, qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada yerləşdirilməsi “Şəxs" MMC-nin üzərinə düşür. Məhkəmə protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına 90LK494/10ZG792 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da hüquqi şəxs Şəxs MMC tərəfindən İXM-in 485.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirilmişdir. Odur ki, məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 31-34, və 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci mаddəsi ilə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti Şəxs MMC-nə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində qərardan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov :

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar