Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(044)-340/2020 11.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisinin EQ3732097 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayəti məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisinin EQ3732097 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ələt-Astara yolunun SPS: 38 71 2009, 48 790569 Astaradan Lənkarana gedən istiqamətində xx.xx.2020-ci il tarixdə saat 15:51:23-də ona məxsus olan Mercedes Benz E220CDİ minik markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sürət həddi 120 olan istiqamətdə 119km/saatda sürət həddini aşdığı haqqında və göstərilən yolda sürət həddi 60 km/saatla hərəkət etməyi haqqında ona EQ ******* № pratokol üzrə 150 manat cərimə gəlmiş və onun bunun düzgün olmadığını iddia edir. İşə yenidən baxılmasını xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 150 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X4 şikayətində onun barəsində qərar qəbul edildiyini bildirsə də, xx.xx.2020-ci il tarixli qərarda inzibati xətanın X2 tərəfindən törədilyi və sonuncunun cərimə olunması qərara alınmışdır. Buna görə də xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində qərar çıxarılmış X1 şikayət vermək hüququ vardır. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə hesab edirəm ki, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar X2 barəsində çıxarıldığından X4 tərəfindən həmin qərardan verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisinin EQ3732097 il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(044)-340/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(044)-340/2020
11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver